Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:09

Musa Əfəndi. Keçmiş gələcək


Bu səhəri də günəşsiz qarşıladım,
Düşündüm ay işığı pəncərəmlə görüşəcək…
Və o dəqiqə gözlərimi bağladım,
Elə bildim, gözümü bağlamaqla gecə düşəcək…

Düşündüm, bəlkə hələ tezdi ölmək üçün,
Və göydən ulduzları dərib otağıma taxdım.
Keçmişimə bulaşmış işığı görmək üçün
Ayağa qalxdım, geriyə baxdım…

Geriyə baxmağımla öldü sonuncu ümid,
Və otağımın bir küncündə bu cümlələr döğuldu…
Dolduqca göz qapaqlarım altındakı hər bulud
Gözlərim öz göz yaşlarımda boğuldu…
XS
SM
MD
LG