Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:55

«Wikileaks» Azərbaycanda rüşvət barədə...


Nazim Məmmədov
Nazim Məmmədov
İqtisadçılar Nazim MəmmədovQubad İbadoğlu «Wikileaks» saytında Azərbaycanda rüşvət barədə yazını şərh edirlər.

Nazim Məmmədov:

«Hökumət korrupsiyanın boğulmasında maraqlıdır. Korrupsiya iqtisadi inkişafı əngəlləyirsə, sosial vəziyyəti çətinləşdirirsə, hökumətlər buna qarşı mübarizə aparmağa bir növ məsuldurlar və maraqlıdırlar. «Siyasi iqtidar korrupsiyanın çiçəklənməsində birbaşa maraqlıdır» tezisi ilə mən razılaşmıram. Qaldı ki, hökumətin atdığı bəzi addımların korrupsiyaya yol açacağı haqqında fikirləri mən də söyləyirəm. Ancaq korrupsiyaya qarşı mübarizənin təkcə hökumətdən asılı olmadığını da bəyan edirəm. Bu sosial bəla ilə mübarizədə hamının bir yerdə olmasını arzu edirəm. Korrupsiya ilə mübarizə üçün kompleks addımlar atılmalıdır. İlk növbədə məmurların maaşları qaldırılmalıdır. Korrupsiya ilə mübarizə aparan təşkilatlar özləri şəffaf olmalıdırlar. 2.6 trilyonu 9 milyonluq azərbaycanlının sayına bölmüş olsaq, hər birinin payına 300 min dollar korrupsiya düşür. Görün miqyas necə böyükdür. Bu mübarizəni bir nəfərin boynuna qoymaq
Qubad İbadoğlu
doğru deyil…».

Qubad İbadoğlu:

«Azərbaycanda siyasi qərarlar monopoliyadadır. Azərbaycanda bu qərarlarda nə vətəndaş cəmiyyəti iştirak edir, nə biznes, nə də vətəndaş hakimiyyəti formasında insanlar. Qərarlar rəsmi qurumların rəhbərlərindən asılıdır. Bu da siyasi korrupsiya üçün şərait yaradır. Bundan başqa, siyasi hakimiyyətlə biznes hakimiyyəti arasında heç bir sərhəd yoxdur... Daha bir səbəb isə islahatların aparılmamasıdır. Qazpulu, su pulu, işıq pulu yığan da hamısı dövlət orqanlarıdır. Halbuki biz artıq müstəqilliyin 20 ilini qeyd edirik. Bu 20 il ərzində dövlətsizləşdirmə tədbirləri ilə o sistemi yenidən qurub, islahat aparıb korrupsiyanın qarşısını ala bilərdik…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG