Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:06

Rasim Qaraca: “Onlar yalançılar və rüşvətxorlar ölkəsinin qəhrəmandır”


Rasim Qaraca ilə sentyabr ayının ilk günlərində, yeni ədəbiyyat mövsümünün lap başlanğıcında söhbət etməyi qərara aldıq. Çoxlarının “ədəbiyyat generatoru” adlandırdığı bu adamın dilindən qeyri-adi açıqlamaları “Qafqazinfo” oxucularına təqdim edirik.

- Mən istərdim ki, çağdaş ədəbi proses haqqında danışaq. Ədəbi prosesin indiki durumunu necə görürsünüz? Çoxlu kitablar dərc olunur, yeni imzalar meydana çıxır, zahirən yaradıcılıq sahəsində bir canlanma var. Bütün bunlar ədəbiyyatımızın inkişafda olduğuna dəlalət edirmi? Sizin fikriniz necədir?

- Əlbəttə ki, bizdə ədəbi prosesin özünəməxsus dinamikası var, 10 il əvvəlkiylə müqayisədə böyük bir canlanma olduğunu görürük. Doğrudan da yaradıcı qüvvələr sel kimi axıb gəlir və ölkəmizin miqyasına görə yetəri qədər ədəbi məhsulun olduğunu söyləyə bilərik. Lakin, biz ədəbi qüvvələrin mənəvi boy artımından danışa bilmərik. İstedadlar var, ancaq yaradıcılığa münasibət və ya yaradıcılıq münasibətləri ibtidai, məhəlli olmaqdan qurtula bilmir. Proses öz içinə qapanmış bir durumdadır. Biz dünyadakı ədəbi proseslə öz təmas nöqtələrimizi tapa bilməmişik. Ola bilsin ayrı-ayrı fərdlər öz bildikləri kimi belə təmas nöqtələrini tapıblar, amma ümumən mənzərə belədir.

- Bunu necə başa düşmək olar? Yəni, yazıçılarımız xarici ölkələrdə az çap olunurlar?


"Rayonlarda yaşayan istedadları hər zaman düşünürəm. Bizim üçün adi görünən ədəbiyyat mühiti onlar üçün əlçatmazdır. Qazaxda Yaralı Bəxtiyar, Lənkəranda Cavidan bəzən diqqətdən kənarda qalırlar... Gənclərdən Əsəd Qaraqaplanın, Kəramət Böyükçölün, Feyziyyənin, Mövludun, Kənan Hacının yaradıcılığını izləyirəm. Ancaq onu da deyim, mən təbiət etibarilə zəiflərin tərəfindəyəm. Heç səsi çıxmayan, istedadı olsa da öz içinə qapanıb yaradıcılıqla sidq-ürəkdən məşğul olan insanlara hörmətim böyükdü".

- Daha çox xarici müəllifləri tanımamağımızla bağlıdır bu məsələ. Hal-hazırda bizim yazıçılar ən azı 50-100 il köhnənin yazıçılarından qidalanmaq məcburiyyətindədirlər. Dostoyevski, Kafka, Markes nə qədər olar? Müasirlərdən çox az sayda tərcümələr var. Hətta tərcümə olmasa belə, heç kim bildiyi dillər vasitəsilə ədəbiyyat hadisələrinin qaynar nöqtələrindən xəbər tutmur. Ədəbiyyatın da öz dəbdə olan adları var və ədəbi proses əsasən bu dəbin əsarətindədir.

- Məsələn siz özünüz hansı qaynar nötələrdən xəbərlər alırsınız?

- Açığını deyim, mən Türkiyə türkcəsini yetəri qədər yaxşı bildiyimə baxmayaraq, Rusiyadakı ədəbi prosesi daha maraqlı hesab edirəm, mümkün qədər buradakı yeni nəsil yazarları təqib etməyə çalışıram. Türkiyə bizə nə qədər doğma olsa da oradakı ədəbi ədəbiyyat anlayışı bizə yaddır. Yanlış anlaşılmasını istəməzdim. Bunu deyərkən yaradıcılığa təkan verəcək motivləri, yazıçının cəmiyyətdəki rolu və s. nəzərdə tuturam. Bizim gənc yazıçılar Orxan Pamukdan öyrənməyə çalışsalar yollarını azacaqlar, ancaq, məsələn, Limonovu oxusalar, bax o zaman əsl damara düşəcəklər, mənə belə gəlir.

- Orxan Pamuk Nobel almış bir yazardır, hər halda ondan öyrəniləsi şeylər vardır.

- Şübhəsiz vardır. Ancaq mənə görə, mənim özüm kimi sadə ailələrdən çıxmış və sovet qazanında bişmiş rus yazıçılarından öyrəniləcək daha çox şeylər vardır.

- Belə çıxır ki, ədəbi prosesdə yol işarətlərinə ehtiyac yaranıb? Bəs yol göstərməli olan ədəbi-tənqid nə iş görür?

- Məncə bu cür yolları elə yazıçılar göstərməlidir. Tənqidçilərin vəzifəsi bədii mətnləri analiz etməkdir. Onlar pis əsərləri də oxumalıdırlar. Ancaq yazıçının belə bir öhdəliyi yoxdur... Adətən belə hallarda ədəbi proses şüuralttı olaraq öz içərisindən ən güclü olanını seçib onun arxasınca gedir. Buna görə deyirəm, ədəbi prosesin öz dinamikası var.

- Ölkənin siyasi mənzərəsi göz önündədir. Formal olaraq ölkədə çoxpartiyalı sistem olsa da, əməldə təkpartiyalılıq hökm sürməkdədir. Bəs ədəbiyyatda vəziyyət necədir? Hakim ədəbiyyat partiyasından kənarda qalan qüvvələr, siyasi oppozisiya ilə müqayisədə daha rahat nəfəs ala bilirlərmi?

- Corc Oruelin belə bir sözü var ki, avtoritar rejimlərdə şairlər nə cürsə nəfəs ala bilirlər, ancaq yazıçıların belə rejimlərdə nəfəs alması mümkün deyil. Bu sözlərdə həqiqət var. Bizdə ən radikal yazıçılar belə siyasi hakimiyyətlə münasibətlərini xoş tutmaq məcburiyyətindədir. İndiki hakimiyyətin yazıçı qarşısında qoyduğu yeganə yol açıq məddahlıqdır. Və durumu dəyərləndirən ağıllı yazıçılar da ən azından susmağa üstünlük verirlər.

- Sovet dövründə Azərbaycanda ədəbiyyat siyasətin tərkib hissəsi idi. Yəni, cəmiyyətin ədəbiyyatını da dövlət idarə edirdi. İndi isə elə deyil axı, indi siyasət öz işi ilə məşğuldur, ədəbiyyat isə özbaşınadır. Yazıçı təşkilatlarını qeydiyyatdan keçirməsələr də düşünürəm ki, ədəbiyyat sərbəstdir.

- Məşhur aforizmdə deyidiyi kimi, səni rədd edirlər, sən isə istədiyin yerə getməkdə sərbəstsən. Bəli, Azərbaycan yazıçısının indi belə bir sərbəstliyi var. Yazıçıların böyük ordusu hakimiyyətin onlar üçün yazdığı senari ilə, dekorativ yazar rolu oynamaqla razılaşıblar. Xaricdən biri gələndə göstərsinlər, bax bizdə Yazıçılar Birliyi də var, bu da bizim xalq yazıçılarımız. Yazıçılar Birliyinə canlı ədəbiyyat muzeyi də demək olar. Yaşlı və gənc tarixi eksponatlarla tanış olmaq istəyənlər yolunu oradan sala bilər... Bizdə “özbaşına” sözünün mənfi çaları da var. Bu mənada haqqlısınız, ədəbiyyat özbaşınadır.

- Çingiz Abdullayev mənə müsahibəsində demişdi ki, cəmiyyətin yazıçıları oxumadığını iddia etmək absurddur. Mən Azərbaycan yazıçısıyam və dünyada ən çox oxunanlardan biriyəm, mənim 20 milyondan artıq tirajım var. Bir baxımdan məntiqlidir. Deyir ki, mənim bir kutabım 20 dəfə çap olunur, hər dəfə 50 min, 100 min, dünyanın bütün ölkələrində.

- Bu nə deməkdi? Bunu niyə deyir?



- Yəni, deyir ki, kim deyirsə ki, oxuyan yoxdu, yalan sözdü. Görürsən, mən yazıram oxuyurlar. Yəni, deməli yazmağı bacarmırlar.

- Axı, ədəbiyyatın müxtəlif janrları var. Elə janrlar var ki, o janrlar populyar deyil. Məsələn, poeziya. Poeziya pula getmirsə, dünyanın heç yerində satılmırsa, bu o demək deyil ki, şeir və şair olmamalıdır və ya yaradıcılığın bu növü lazımsızdır.

- Yəni, siz deyirsiz ki, Çingiz Abdullayevin populyarlığı yazdığı janrla bağlıdır?

- Detektiv janrı... Ümumiyyətlə, detektivi ciddi janr hesab etmirlər. Mən Çingiz Abdullayevi personası ilə işim yoxdur, onu tənqid etmək istəmirəm, indi bizim mövzumuz başqadır. Sözün düzü mən onun heç bir əsərini oxumamışam. Oxumağa çalışmışam, amma, mənlik deyil o əsərlər. Kim oxuyursa özü bilər. Amma, mən Çeyzdən, Aqata Kristidən sonra Azərbaycan dedektivini oxuya bilmərəm. Zövqümü korlaya bilmərəm. Qoy kimlərsə Çingizi oxusun. Amma çoxluq həmişə haqlı olmur axı. Məsələn demokratiyanın bir düsturu da budur ki, çoxluq haqlıdır. Amma, bizim xalqda çoxluq haqqında çox pis bir söz var. Mənə görə azlıq dəyərlidir. Məsələn, biz bilirik ki, cəmiyyətdə ağıllı insanlar azdır. Cəmiyyətin 3%-i, 5%-i yaxud 1%-i, lap azdır. Ələlxüsus da bizim kimi qeyri-demokratik ölkələrdə dəyərli adamların sayı get-gedə azalır. Xaricə qaçırlar, əzilirlər, mövqelərini dəyişirlər... Azad, sərbəst düşüncəli, öz zövqünü qoruyub salxlayan insanların sayı get-gedə azalır, tükənir. Bu adamların heç maddi imkanı da yoxdur. Bu təbəqənin də özünün fərz edək ki, bir yazıçısı var və bu yazıçı da tutaq Nərmin Kamaldır, Rafiq Tağıdır, Aqşin Yeniseydir, Seymur Baycandır, Həmid Herisçidir. Bunlar həmin ağıllı azlığın yazarlarıdır..

- Yalnız öz ədəbi nəslinizdən adlar çəkdiniz...

- ...və ya, Seyran Səxavətdir. O da azlığın yazıçısıdır. Çünki əzilənlərin həyatını yazır, vətəndaş mövqeyi var. Ç.Abdullayev kimi hər zaman və yalnız hakimiyyətin yanında deyil... Bu yazıçıları oxuyan incə zövqlü bir təbəqə var ki, bu təbəqənin də 70%-nin kitab almağa pulu yoxdur. Amma onların əsl mətndən, dəyərli mətndən başları çıxır. O təbəqəyə xitab edən yazıçı artıq öz kitabının satışından gəlir əldə edə bilməyəcək. Ümumiyyətlə, mən çoxluğu ciddi hesab etmirəm. Məsələn Yazıçılar Birliyi çoxluqdur, amma bugünkü Azərbaycan ədəbi prosesində Yazıçılar Birliyinin yeri nə qədərdir?

- Nə qədərdir?

- Yəqin ki, sıfıra çox yaxındır.

- Bu kimin günahıdır?

- Bunun günahı ondadır ki...

- Yəni, Seymur Baycan, Aqşin Yenisey demişkən günah Anardadır?

- Mən deyəcəm sizə. Bayaq Rusiya və Türkiyədən danışdıq. Bu ölkələrdə yazıçı özbaşına ola bilər, heç bir təşkilatda olamaya bilər və kitabını nəşr etdirib bazara çıxara bilər. Tamamən azad bir yazıçı kimi yaşayar və acından da ölməz, çünki orada əhalinin sayı çoxdur. Orta bir yazıçının 10-20 min kitabı satılsa maddi rifahı təmin olunar. Rusiyada belə yazıçılar çoxdur, bunlar qabağa gedirlər, tez də görünüb irəli çəkilirlər, məşhurlaşırlar, çoxsaylı nəşriyyatlar belə yazıçılara yüksək qonorar təklif edir. Türkiyədə də buna bənzər bir durum var. Amma bizim kimi kiçik ölkələrdə ədəbi proses tənzimlənməldir. Yəni, elə qayğıkeş dövlət olmalıdır ki, o azad fikirin, ədəbiyyatın, poeziyanın sönməsinə imkan verməsin. Bundan ötrü də ədəbi proses demorkatik tərzdə tənzimlənməlidir. Bizim kimi balaca Avropa ölkələri var. Onlar tənzimləyirlər, yazıçını həvəsləndirilər, mükafat
Rasim Qaracanın son kitabı

sistemləri var. Belə ölkələrin Mədəniyyət Nazirliyi yazıçılarla bağlı layihələr həyata keçirir, layihələrin işlənməsi mexanizmləri çox rahatdır...

- Bəs bizdə niyə eləmirlər? Çoxluq, Yazıçılar Birliyi bunda maraqlı deyil?

- Son zamanlar leksikonumuza daxil olmuş maraqlı bir söz var: “hakimiyyətyönümlü”. Bax bizdə xüsusi imtiyazlı, yazıçı rolunu bacarıqla oynayan hakimiyyətyönümlü bir yazıçı kastası var, onlar üçün bütün qapılar açıqdır. Bu yazıçılar nə cürsə hakimiyyətə sədaqətlərini sübut ediblər. Sanki həm yazıçılar həm də hakimiyyət qarşılıqlı surətdə anlaşaraq bu oyunu oynamaqdadır. Yazıçılar hakimiyyətyönümlü olmaq istədiyi kimi, hakimiyyət də yazıçıları hakimiyyətyönümlü etmək istəyir, biri-birlərini də çox asanlıqla tapırlar. Hal-hazırda ədəbiyyatın mənzərəsini yaradanlar da elə həmin bu “hakimiyyətyönümlü” yazarlardır.

-Sizcə yazıçı “müxalifətyönümlü” olmalıdır.

-Yazıçı azad olmalıdır. Hakimiyyəti də, müxalifəti də tənqid etmək haqqını özündə saxlamalıdır. Azad Yazarlar Ocağının 2003-cü ildə yayınlanan manifestində belə bir cümlə var idi: “Azərbaycan yazıçısı hakimiyyətdə olan və olmayan hər hansı bir siyasi partiyanın nökəri və qulluqçusu deyildir, bundan sonra o, heç bir zaman dövlətdən təltif almaq naminə həqiqətə göz yummayacaqdır, həqiqət təhlükəli olsa belə onu söyləməkdən çəkinməyəcəkdir”. Mən öz şəxsi həyat devzimi isə qədim bir ata sözündən götürmüşəm: “İnkar mübarəkdir!”.

- Yazıçılar Birliyinə kim mane ola bilər ki, ədəbi proses canlı olsun?

- Bayaq dediyim kimi, YB canlı ədəbiyyat muzeyidir. Buarda eksponatların yerini dəyişmək olmaz. Axı kim istəyər ədəbi proses canlı olsun, kimlərsə yetişsin və bunların şöhrətinə kölgə salsın.

- Neçə yaşınız var?

- Artıq əlini keçmişəm, necə bəyəm?

- Neçə ildi bu məkanda döyüşürsüz?

- Döyüşmürəm, sadəcə yaşayıram. Buna döyüşmək demək olmaz.

- Obrazlı desək, mən gözümü açandan sizi Yazıçılar Birliyi ilə mübarizədə görmüşəm. Yəni, bu məfkurə ilə, bu dediyiniz problemlə mübarizədə.
- Mübarizə ikinci dərəcəli işdir. İstərdim məni yazdıqlarıma görə tanıyaydınız və yaradıcılıq haqqında danışaq. Mən ədəbiyyatla yaşayan və yaşamağı istəyən bir adamam, bundan zövq alıram. Bu mənim hobbimdir, hobbimin ətrafında dolaşıram, uzağa getmək istəmirəm. Aradabir olduğum yeri təmizləmək istəmişəmsə bu da təbiidir. Ədəbiyyat mətbəxini də tör-töküntüdən təmizləmək lazımdır. Buna mübarizə demək olarsa deyək.

- Yox , həqiqətən də buna mübarizə demək lazımdır, çünki bu işləri görərkən çox güclü insanların mənafeyinə toxunmusunuz. Təşkilat olaraq Azərbaycanın ən gənc və istedalı insanlarını üzə çıxarmağa çalışan bir təşkilat yaratmısız. Bu təşkilatın da ətrafında tutaq ki, 15-20 nəfər istedadlı gənc toplaşıb.

- Sadəcə olaraq istedadlı insanlar bir araya toplaşıb desək daha doğru olar. Bizdə özünü təşkilatlandırma anlayışı çox zəifdir. Fərdi olaraq bir iş görmək
Rasim Qaraca və Aqşin Yenisey

düşüncəsi üstünlük təşkil edir. Amma, daha mədəni xalqlarda özünütəşkil düşüncəsi daha yüksəkdir. Özəlliklə, bizdə yazıçılar ailəsində özünütəşkil anlayışı çox zəifdir. Çox vaxt deyirlər “ədəbiyyat təşkilatlarda yaranmır”. Xüsusən istedadsız adamlar, ətrafında öz kölgəsindən başqa kimsə olmayan yazarcıqlar bu sözü işlətməyi xoşlayırlar. Halbuki güclü qələmlərin birləşməsi ən təbii haldır. Mənim nəzərimdə ədəbiyyat kollektiv fəaliyyətdir. Bu yazıçıdan asılı olmadan belədir. Hər hansı bir əsər yaranarkən özündəqədrki ənənəni davam etdirir. Bax bu ənənənin yaranmasında çoxsaylı yazıçılar iştirak edib... Bu mənada yeni nəsil yazarların AYO adlı təşkilatının olması ədəbiyyatımızın yalnız xeyrinədir.

- Yəni, bu insanları toplamaq, təşkilatı qurmaq, tədbirləri keçirmək.., hamısı zəhmət tələb edir.

- Burada belə çətin şey yoxdur ki. 10 nəfərə zəng elədin, görüşüb çay içdin, müəyyən məsələlərlə bağlı söhbətlər etdin, bu da olur təşkilati fəaliyyət. Yəni toplaşmaq, proqramlı şəkildə fəaliyyət göstərmək yaradıcı insanların önündə yeni üfiqlər açır. Bu sadə bir həqiqətdir. Önəmli olan proqramlı fəaliyyətdir.

- Aqşin də, Seymur Bycan da iddia edir ki, biz qələbə qazandıq. Onlar həmişə mətbuatda öz qələbələrini bayram edirlər. Siz rəhbər olaraq, lider olaraq bu işlərə necə baxırsız?

- Əgər qarşı tərəf sənin heç bir arqumentini təkzib edə bilmirsə bu elə qələbə deməkdir. Rəsmi Yazıçılar Birliyi mənəvi cəhətdən tamamən iflas edib. Ədəbiyyat atalarının maskası çoxdan yırtılıb. Elə Seymur, Aqşin bu sahədə az iş görməyiblər. Bu mənada əlbəttə qələbə qazanılıb. Həqiqətən də bu gün Seymur Elçindən, Anardan və ya Əkrəmdən daha çox oxunur. Azad oxucunun ixtiyarına buraxsan, Anarın təzə yazdığı bir romana deyil, Seymurun, Ələkbərin və ya Aqşinin əsərinə çox maraq göstərəcək. Həm çox satılacaq, həm də oxucu bu yeni müəlliflərdə istədiyini tapa biləcək.

- Bir tərəfdən də ümumiyyətlə həm bizdə, həm də dünyada kitaba maraq azalıb.

- Biz oxucu mühitini aktivləşdirə bilməmişik. Bu bizim imkanımız xaricindədir. Biz oxucuya çata bilmirik, oxucunun heç bizdən xəbəri yoxdur. Televiziyalar yazıçı üçün qapalı məkanlardır. Şəxsən, mən özüm imtina etmişəm televiziyaya çıxmaqdan. Yazıçı, eyni zamanda ziyalıdır axı. Onun əsərinin xaricində də cəmiyyətə deməyə sözü var. Müsahibə verirsən, bu da ədəbiyyatın tərkib hissəsidir. Oxucu təmasının olmaması böyük problemdir. Necə edəsən ki, insanlar kitab oxusunlar? Bu həm bizim ölkənin durumundan irəli gələn problemdir, həm də beynəlxalq problemdir, tamamən internet, informasiya əsri ilə bağlamaq olmaz. Almaniyada da, İsveçrədə də informasiya əsridir, amma orada görürsən ki, kitabı tənəzzül etməyə qoymurlar. Problemi araşdırıb həlli yollarını axtarırlar.

- Sizcə fikrinizcə siyasilər yazıçıların sözünə qulaq asmalıdırlarmı?

- Həqiqi söz onsuz da öz təsirini göstərəcək. Xüsusən, mövqeyini dəyişmiş siyasilər haqqında bizim uşaqlar nə qədər kəskin yazılar yazıblar. Yazıçının

vəzifəsi vicdan faktorunu ayıq saxlamaqdır. Mən ayıq vicdanlı qələm adamlarını yalnız Azad Yazarlar Ocağı sıralarında görmüşəm. Kənardakılar istəsələr belə bunu bacarmazlar. Təkcə siyasilərə deyil, səni oxuyan hər kəsə təsir etmənin isə yalnız bir yolu var, bu da sənin öz şəxsi bioqrafiyandır.

- Məncə yazıçı üçün efir lazımdır. Nədənsə biz Azad yazarları TV ekranlarında görmürük. Bunun səbəbi nədir?

- Bəlkə efirə çıxsaq səsimiz yumşalar. Görünür bunu istəməyənlərin daha sərt sözə ehtiyacı var. Əslinə qalanda bunun yazıçıya faydası var. Səbəb odur ki ziyalılığın aktuallığı qalmayıb. Ağıllı insanlar çoxdur, ancaq onların heç birini TV ekranlarında görmürük. Hətta siyasi cəhətdən loyal olan ağıllı insanları biz öz doğma TV-lərimizdə görə bilmirik. Məsələn, Niyazi Mehdini nə qədər görürük efirdə? Görkəmli filosofdur, zəngin təcrübəsi var.

- Yəni, cəmiyyətin bir növ işığı zəifləyib.

- ...ziyalılar çıxıb danışsın efirdə, onların deməyə sözü var. Nəyə görə onlar kənarda, bucaqda, hansısa saytda yazılar yazmalıdır? Ağalar Məmmədov, onu nə qədər efirdə görürük? Belə ziyalıların sayı çoxdur. Həmid Herişçinin yaxşı verilişləri var idi, yazıçıdır, onun deməyə sözü var. Rafiq Tağı, nəyə görə ona ayrıca veriliş həsr olunmur? Biz onu ancaq “Səni axtarıram” verilişlərində görürük. Orada da danışmağa imkan vermirlər. Ziyalıya özünü ifadə edə biləcəyi məkan verilməlidir.

- Onların sözünü deyə biləcəyi bir mühit olmalıdır.

- Bilavasitə efir olmalıdır. Ona görə də internet saytları, internet televiziyaları gündəmə gəlib. İndiki zamanda azad sözün qarşısını almaq mümkün deyil. Ən yaxşısı ona meydan verməkdir. Əslində onların ölçülərinə görə çox kiçik və ziyansız şeylərdən, şeirdən və ədəbiyyatdan danışmaq istəyirik. Başqa heç nədən.

- Camaat evlənmə proqramlarından imtina edib, internet televiziyaya baxmır. Burada cəmiyyətin özünün də meyilliliyi var. Toplum sanki buna razıdır.

- Belə bir məsəl var; iydə varsa cəhrədə də var... əlbəttə bu xalqın özündə də var. Mən “camaatımız” haqqında özümün son müşahidəmi sizə demək istəyirəm, heyrət olunacaq dərəcədə uyğunlaşmaq xasiyyəti var insanlarımızda. Hər şeyə uyğunlaşmaq və tez bir zamanda onu normativ halına gətirmək. Məsələn, ən murdar şeylərdən biri budur ki, insanlar artıq rüşvəti norma kimi qəbul ediblər və buna qarşı durmaq haqqında heç düşünmürlər də. Buna görə də bizim ən böyük mübarizəmiz elə bu camaatla olmalıdır. Bu qədər əzilən və təhqir edilən və bu qədər də dözüb səsini çıxartmayan ikinci bir xalq, millət, toplum tapa bilməzsiniz bütün dünyada. Bəlkə də uyğunlaşmaq millətin özünüqoruma instinktindən irəli gəlir. Ancaq, yenə də ortada qəhr olan namuslu insanlar, yaradıcı ziyalılar və sadə vətəndaşlardır. Bu rəzalət mənzərəsi qarşısında bizim yazıçıların güldən-bülbüldən yazmağı böyük riyakarlıqdır. Xalq öz səsini şairə verib, daha doğrusu şair xalqın səsi, danışan dili olmalıdır, ancaq o nə edir, öz ahu-zarından, daşa dəyən nakam məhəbbətindən yazır...

- Burada bir məqam qeyd edim. Biz bayaq zamanı da müqayisə etdik, Yazıçılar Birliyi ilə sizi də. Görünən budur ki, indi Yazıçılar Birliyi ətrafında olanlar, o zümrə sizin zümrədən ağıllı tərpənib, zamanın nəbzini tutublar.

- Belə çıxır ki, onlar daha ağıllıdırlar? Hə, yalançılar ölkəsində onlar haqlıldırlar, rüşvətxorlar ölkəsində onlar qəhrəmandır. Zaman özü əyilib, zamanın güzgüsü əyilib, o əyri güzgüdə bunlar düz görünür. Bu onların ağıllı olması demək deyil. Biz obyektiv gerçəklikdən danışırıq.

- Sizin başlatdığınız bir hərəkat var. Bunun necə nəticələnəcəyini gözləyirsiz?

- Biz yeni düşüncəli yazıçı nəslinin yetişməsinə nail olmuşuq. Bundan sonra ədəbiyyatımızın inkişafı qarşısını heç kimsə ala bilməyəcək. AYO-nun başladığı düşüncə inqilabı get-gedə daha çox yazıçını əhatə edəcək, indi bizi başa düşmək istəməyənlər də tezliklə yolumuzun həqiqət olduğuna inanacaqlar.

- AYO-da toplaşan gənc yazarlar var. Aqşin, Seymur, Nərmin, Sevinc və b. var. Bunlardn hansını sevirsiz, oxuyursuz?

- Adını çəkdiyiniz gənclərin hər biri maraqlıdır, hər birinin özünəməxsus üstün cəhəti var. İstedad baxımından bunlardan heç birinin əksikliyi yoxdur. Onlar tamamən yetişmiş, öz üzərində işləmiş, mütaliəli bazası olan yazarlardır. Onları da mən tapmamışam, istedadlı insanlar bir-birini tapıb. İstedadı zəif olanlar isə onların arasından öz-özünə qopub.

- AYO-dan kənarda istedadlı gənclərdən öz əsərlərilə diqqətinizi cəlb edəb gənclər varmı?

- Var əlbəttə, belə gənclər çoxdur. Ədəbiyyata çəkinə-çəkinə gələnləri xoşlamıram. Əsərləri zəif olsa da iddialı gənclərə isə rəğbətim böyükdür. Rayonlarda yaşayan istedadları hər zaman düşünürəm. Bizim üçün adi görünən ədəbiyyat mühiti onlar üçün əlçatmazdır. Qazaxda Yaralı Bəxtiyar, Lənkəranda Cavidan bəzən diqqətdən kənarda qalırlar... Gənclərdən Əsəd Qaraqaplanın, Kəramət Böyükçölün, Feyziyyənin, Mövludun, Kənan Hacının yaradıcılığını izləyirəm. Ancaq onu da deyim, mən təbiət etibarilə zəiflərin tərəfindəyəm. Heç səsi çıxmayan, istedadı olsa da öz içinə qapanıb yaradıcılıqla sidq-ürəkdən məşğul olan insanlara hörmətim böyükdür. Əlbəttə , mənim tanıdıqlarım AYO qrupundan olanlardır, şübhəsiz belə insanlar çoxdur, onları da tanımaq istərəm. Samir Bulut, Sima Ənnağı, Məhəmməd Salur, Nicat Məmmədov mənim tanıdığım böyük ədəbiyyat aşiqləri və kristal təmənnasız yazıçılar və çox dəyərli ziyalılardır.

- Gənclərdən heç birinin adını çəkmədiniz?

- Hansı gənclərdən?

- Bayaq adını çəkdiyim gənclər. Bilirsiniz, istedad hamıda eyni ola

"Bəzən zarafatla deyirəm, AYO-da voltaj çox yüksəkdir, zəiflər burada duruş gətirə bilmir. Ancaq bunu elə-belə deyirəm, zatən AYO-dan ayrılmaq mümkün deyil, ictimai rəy nədənsə bunu qəbul etmir".
bilməz. Oxuyanda görürsən ki, bu o birindən istedadlıdır. Məsələn, Seymurun “Quqark”ını oxumusuz?

- Bəli, oxumuşam

- Aqşinin “Cənnətdə terror aksiyası” romanını da?

- Onu da.

- Müqayisə etməmisizmi hansı daha gözəl yazır?

- Mən müqayisə etmirəm, əgər xoşuma gəlirsə davam edirəm. Bəlkə yaxından tanıdığıma görə bu müəllifləri çox asanlıqla oxuyuram. Seymurun realizmi çox nadirdir, müşahidə qabiliyyəti güclüdür. Amma Aqşinin aforistik düşüncə tərzinə, dil oyunlarına kimsə çata bilməz.

- Amma AYO-dan qopub gedənlər də olub.

- Bəli belələri olub. Müxtəlif səbəblərdən olub, mən bunu normal sayıram. Bəzən zarafatla deyirəm, AYO-da voltaj çox yüksəkdir, zəiflər burada duruş gətirə bilmir. Ancaq bunu elə-belə deyirəm, zatən AYO-dan ayrılmaq mümkün deyil, ictimai rəy nədənsə bunu qəbul etmir.

- Onlarla araznızda problem var?

- Problem şəxsi deyil, mənim heç kimlə şəxsi problemim yoxdur. Biz təşkilatı tarixi bir meyvə kimi yetişdirmişik. Bir ağac əkmişik və onu müəyyən yerə qədər gətirmişik. O ağaca balta vuranları düşmən hesab etməsəm də, dost da saymıram.

Elbrus Ərud
QAFQAZİNFO
XS
SM
MD
LG