Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:21

Təbriz sakini ilə müsahibə


ranın Urmiya və Təbriz şəhərlərində Urmiya gölünün quruması və və hakimiyyətin buna laqeyd yanaşmasına qarşı etiraz aksiyası keçirilib
ranın Urmiya və Təbriz şəhərlərində Urmiya gölünün quruması və və hakimiyyətin buna laqeyd yanaşmasına qarşı etiraz aksiyası keçirilib
Təbrizdən gələn həyəcanlı məlumatlar və görüntülər sentyabrın 3-də bu şəhərdə və Urmiyada kütləvi nümaiyişlərin və polislə toqquşmaların olduğundan xəbər verirdi. Hazırda Təbrizdə olan vəziyyətlə maraqlanaraq şəhər sakinlərindən birinə zəng çaldıq. Müsahibimiz, bizimlə söhbət etsə də, adının açıqlanmamasını xahiş etdik. Onun adını şərti olaraq Mahmud Əlizadə kimi veririk:

-Mahmud bəy, hazırda Təbrizdə durum necədir?

-Hazırda sakitlikdir, heç bir etiraz aksiyası keçirilmir.

-Bəs dünən nəyin şahidi oldunuz?

-Urmiya gölünün qurumasına qarşı etiraz aksiyası idi. Yürüşə minlərlə adam qatılmışdı. Polis etirazçilara qarşı dəyənəklərdən istifadə etdi, nümayişi dağıtmaq üçün motosikletləri kütlənin üstünə sürüldülər. 2 güllə atıldığını eşitdim.

Yaralanan və həbs olunanlar haqda bir xəbəriniz var?

Xəsarət alan və həbs olunanlar var idi. Yaralananlar arasında qadınlar da var idi. Onların əksəriyyəti xəstəxanalara getməkdən imtina etdi, çünki bu halda polis tərəfindən həbs olunmaq təhlükəsi vardı. Nə qədər adamın həbs olunduğu barədə isə hələlik dəqiq məlumat yoxdur. Amma mənim qardaşım hələ ötən həftə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyada həbs olunmuşdu. Bizdən onun azadlıığı müqabilində 20 min dollar girov istədilər. Sənədləri düzəldib aparandan sonra isə dedilər ki, yox, biz girov tələb etməmişik. İndi qardaşımla əlaqəmiz var, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib”.
XS
SM
MD
LG