Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:21

Jurnalistlərə Naxçıvanı tərk etmək xəbərdarlığı olunub


Jurnalist və hüquq müdafiəçiləri Naxçıvanda. 12 Sentyabr 2011.
Jurnalist və hüquq müdafiəçiləri Naxçıvanda. 12 Sentyabr 2011.
Naxçıvanda səfərdə olan jurnalistlərdən bir qrupuna Muxtar Respublikanı tərk etmək xəbərdarlığı olunub.

Bu barədə AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu məlumat verib. Dediyinə görə, Böyük Bağ deyilən parkda oturduqları zaman polis əməkdaşı onlara yaxınlaşıb Daxili İşlər nazirliyinin idarə rəisinin onlarla görüşmək istədiyini bildirib.

«Bizi idarəyə aparmadılar elə parkın ətrafında nazirliyin idarə rəisi bizimlə görüşdü. Dedi ki, ombudsman aparatından onlara şikayət olunub ki, biz orda ictimai qaydanı pozmuşuq. Biz də təbii ki, izah etdik ki, ombudsman aparatında olmuşuq, istəmişik müvəkkil bizi qəbul etsin. Qəbul etməyib, amma biz heç bir qaydanı da pozmamışıq. Əksinə onlar bizə cavab verməyib qapıları üzümü bağlayıblar».

Şahvələd Çobanoğlunun dediyinə görə, idarə rəisi deyib ki, nazirliyə şikayət olunduğundan onlar Muxtar Respublikanı tərk etməlidirlər.

Şahvələd Çobanoğlunun sözlərinə görə, onlar hələki Muxtar Respublikadadırlar və bu gecə Bakıya gönəcəklər.

NAXÇIVAN RƏSMİLƏRİ JURNALİST VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİ QƏBUL ETMİR

Sentyabrın 12-də
Naxçıvan Muxtar Respublikasına gedən jurnalistləri və hüquq müdafiəçilərini hələki rəsmi qurumlar qəbul etməkdən imtina edirlər.

Bakıdan gedən 21 nəfərlik heyət elektrik enerjisi oğurlamaqda ittiham edilən hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin məhkəmə prosesindən sonra Muxtar Respublikanın Milli Təhlükəsizlik nazirliyinə və ombudsman aparatına getsələr də onları qəbul edən olmayıb.

Turac Zeynalovun MTN-də ölməsi ilə bağlı məlumatlara aydınlıq gətirmək istəyən jurnalistləri və hüquq müdafiəçilərini özünü nazirliyin mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən şəxs qarşılayıb.

Bildirib ki, onlara deyiləsi sözləri olmadığı üçün heç kim nazirliyə buraxılmayacaq.

Bundan sonra heyət Muxtar Respublika ombudsmanı Ülkər Bayramova ilə görüşə cəhd ediblər. Amma burda da onları qəbul edən olmayıb.

Bir neçə Naxçıvan sakini Bakıdan gedənlərə bildirib ki, onlara iki gün əvvəl məlum olmayan nömrələrdən zəng edərək “Bakıdan gələnlərə heç bir şikayət etməyin sizin bütün problemlərinizi həll edəciyik” deyə xəbərdarlıq ediblər.

Hətta taksi sürücüləri belə Bakıdan gedən nümayəndələrin Naxçıvan aeroportundan şəhərə aparılmasından imtina ediblər.

Hüquq müdafiəçiləri və jurnalistlərin Muxtar Respublikaya səfəri sentyabrın 13-də başa çatır.
XS
SM
MD
LG