Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:55

Azərbaycan təhsilinə neçə qiymət vermək olar?


Cavanşir Quliyev
Cavanşir Quliyev
«Əlimdə səlahiyyət olsaydı, rüşvətxorların kökünü kəsərdim! Rüşvəti ləğv edərdim!».

Bu sözləri Yaxın Doğu Universitetinin professoru Cavanşir Quliyev AzadlıqRadiosunun «Can Bakı» proqramının «Azərbaycanda təhsilin səviyyəsini yüksəltmək üçün birinci hansı addımı atardınız» sualına cavabında bildirdi.

GÜRCÜSTAN SÜBUT ETDİ Kİ, BU, MÜMKÜNDÜR

Onun fikrincə, Gürcüstan sübut etdi ki, bu, mümkündür:

«Cənab Saakaşvili dünyaya göstərdi ki, 5-6 ayın içində Gürcüstan kimi rüşvətlə yatıb-qalxan bir ölkədə «rüşvət» sözünü lüğətdən silmək səviyyəsinə çatmaq olar. Dünyada pis nə varsa, rüşvətdən qaynaqlanır. Rüşvət iyrənc bir şeydir. Mən hesab edirəm ki, hətta adam öldürməkdən də ağır cinayətdir».

TƏHSİLİN KEYFİYYƏTİNİ HANSI MEYARLAR MÜƏYYƏNLƏŞDİRİR?

Cavanşir bəy təhsilin keyfiyyətinin ölkənin sənayesinin, texnologiyasının, elminin nailiyyətləri ilə qiymətləndirildiyini söylədi:

«Diplomların sayı, yazılan qiymətlər, bu barədə çıxan yazılar hələ elm, təhsilin keyfiyyətindən xəbər vermir. Elm, təhsil xalqın yaşamında, mədəniyyətində, dediyim kimi ölkənin texnologiyasında üzə çıxmalıdır. Azərbaycanda nefti, qazı və tarlalarımızda bitənləri bir kənara qoysaq, daha nə istehsal olunur -- sualının cavabı aydın göstəricidir».

İŞSİZLİK AZALMIRSA, HÖKUMƏT YAXŞI İŞLƏMİR

«İşsizlərin say çoxluğu daha çox nəyin göstəricisidir -- keyfiyyətsiz təhsilin, ixtisas təhsilinin düzgün planlaşdırılmamasının, yoxsa hökumətin iqtisadi-siyasi siyasətinin» sualını Cavanşir Quliyev belə cavabladı:

«İşsizliyin çoxluğu siyasi məsələdir. Hökumətin yararsız işinin göstəricisidir. Dünyanın hər yerində hökumətin fəaliyyətini ilk növbədə işsizlik pəncərəsindən dəyərləndirirlər. ABŞ kimi ölkədə hökuməti tənqid edirlər ki, ötən ildən bu ilə kimi işsizlərin sayı azalmayıb. Çoxalmayıb da... Çünki hökumətin birinci vəzifəsi insanları işlə təmin etməkdir. Bu olmasa, demək, hökumət yaxşı işləmir. Buna dayanaraq söyləyirəm ki, Azərbaycanda işsizlərin sayı azalmırsa, demək hökumət yaxşı işləmir».

ŞƏKİLİ MÜƏLLİMLƏ BAKILI MÜƏLLİMİN NƏ FƏRQİ VAR?

Cavanşir Quliyev Azərbaycanın hər hansı bir bölgəsinin timsalında ölkə təhsili haqqında rəy formalaşdırmağın mümkün olduğunu da iddia etdi:

«Mən Şəkidən təzə gəlmişəm. İnanmıram ki, şəkili müəllimlərin vəziyyəti fərqli olsun. Təhsil əsasən dövlətin əlində olduğundan, hər hansı bir məntəqəni analiz edib vəziyyətin nə yerdə olduğunu bilmək olur».

-- Cavanşir Quliyev Azərbaycan təhsili barədə daha nə dedi?

-- Bizim müəllimlər çağdaş və keyfiyyətli təhsil verməyə -- dərs danışmağa yox, öyrətməyə nə dərəcədə hazırdırlar?

-- Müəllimlərin aşağı maaşı təhsilin səviyyəsinə nə dərəcədə təsir göstərir?

-- Maestro çalışdığı ölkədəki müəllimlərin hazırlıq dərəcəsi, sosial və maddi durumu ilə bizimkiləri müqayisə edib nələr üzə çıxardı?

-- Cavanşir Quliyev təhsildən kənar sualları necə cavabladı?

-- Yaşadığı ölkədə demokratiyanın kefindən, insan haqlarından, mediasından nələr danışdı?

-- Hansı mahnısına qulaq asıb 25 il öncəyə qayıtdı?


«Can Bakı» qarşınızdadır.
XS
SM
MD
LG