Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:28

Avropa Birliyi Azərbaycanla viza danışıqlarına başlayır


 EU Visa
EU Visa
Avropa Komissiyası Azərbaycanla Avropa Birliyi arasında viza qaydalarını müəyyən edən sazişlərin bağlanması üzrə danışıqlara başlamağı təklif edib.

Həmin sazişlər Avropa Birliyinə viza almaq üçün müraciət edən Azərbaycan vətəndaşından tələb olunan sənəd işini sadələşdirməyi, uzun müddətə və çoxgirişli viza verilə bilməsini, xüsusi kateqoriya səyahətçilər üçün viza haqlarının azaldılmasını nəzərdə tutmalıdır. Hətta diplomatik pasportu olanlardan viza tələb olunmaya da bilər.





Daxili İşlər üzrə Avropa Komissarı Cecilia Malmstrom deyib ki, “vizaya daha asan çıxış Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığı və mübadiləni yaxşılaşdıracaq.”

Onun sözlərinə görə, bütün bunlar Şərq Əməkdaşlığı proqramının nəticəsidir və ölkələrin vətəndaşları üçün əhəmiyyətlidir.

Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Stefan Fule isə deyib ki, “Şərq Əməkdaşlığı proqramında insan amili ən vacib amillərdəndir.

Viza yolu ilə insanların artan mobilliyi və təmasları sosial, iqtisadi inkişafda, insanlar arasında anlaşmanın qurulmasında fundamental rol oynayır. Azərbaycanla viza qaydaları üzrə danışıqların başlanması bu istiqamətdə vacib addımdır”.
XS
SM
MD
LG