Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

Bir gənci şəhərin mərkəzində "basdırdılar" (VİDEO)


"Dalğa"nın qeyri-adi dəfn mərasimi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

"Dalğa"çılar vəkillərə qarşı təzyiqlərə, hüquq müdafiəçilərinin hüquqlarının pozulmasına etiraz edirlər

Sentyabrın 28-də «Dalğa» Gənclər Hərəkatı Füzuli küçəsində etiraz aksiyası keçirib.

Gənclər həmin ərazidə tikilməsi planlaşdırılan «Qış bulvarı»nda "Dalğa" sədri Orxan Nəbiyevi simvolik olaraq torpağa basdırıblar.

Hərəkat üzvləri AzadlıqRadiosuna bildiriblər ki, onlar vəkil Elçin Namazov və Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılmasına, hüquq müdafiəçiləri və şəhər sakinlərinin evlərinin qanunsuz sökülməsinə etiraz edirlər.

Bir neçə dəqiqə davam edən aksiya polis müdaxiləsi olmadan başa çatıb.

Sentyabrın 16-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti vəkil Elçin Namazovla bağlı Kollegiyanın İntizam Komissiyasının çıxardığı rəyə baxıb və Namazovun vəkillikdən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Vəkil Xalid Bağırovun fəaliyyəti bir illik dayandırılıb.Xaliq Bağırov polislər tərəfindən öldürdüyü iddia olunan Elvin Əsgərovun hüquqlarını müdafiə edirdi. Rafiq Abbasov isə vəkilin polisə böhtan atdığını deyir və onun Kollegiya tərəfindən cəzalandırılmasını istəyirdi.

Gənclər aksiya zamanı
XS
SM
MD
LG