Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Bəxtiyar Hacıyev prezident İlham Əliyevə məktub yazıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Açıq məktubda Bəxtiyar Hacıyev yazır: «Cənab Prezident, bu günlərdə «Wikileaks» sənədlərindən ABŞ-ın ölkəmizdəki sabiq səfiri ilə görüşünüz zamanı həbsdə olan jurnalistlərlə bağlı təxmini bu fikirləri səsləndirdiyinizi oxudum, «onlar ABŞ, ATƏT və Avropa Şurasına yox, mənə müraciət etməlidirlər, onlar ya öz günahlarını etiraf etməlidirlər, ya da həbsdə qalmalıdırlar».

Bəxtiyar Hacıyev yazır ki, 2009-cu ilin yayında həbs edilmiş iki gənc fəalın (Emin Milli və Adnan Hacızadə) müdafiəsi zamanı mən də Sizin birinci fikirinizə uyğun təklif verib, xaricdə təhsil almış gənclər adından Sizə müraciət hazırlasaq da buna etinasız yanaşıldı.

14 saylı cəzaçəkmə müəssəsindən yazdığı məktubda gənc fəal müraciətində daha sonra yazır ki, «siyasi sifarişlə həbs edilənlərin hansı günahlarını etiraf etməli olduğunu düşünürsünüz? Jurnalistlərin ciblərinə qoyulan narkotik vasitələrin onlara aid olmasını, gənc fəalların idmançıları döyərək xəstəxanalıq etməklərini, yoxsa siqaret belə çəkməyən gəncin heroin istifadəçisi olduğunu? Bəlkə də mən öz ittiham aktımda yazıldığı kimi «təhsil almaq adı ilə, əslində hərbi xidmətdən yayınmaq məqsədi ilə Harvard Universitetinə getməyimi» etiraf etməliyəm? Yoxsa Təhsil Nazirinin müavini postunda Elmar Qasımovun dediyi kimi «dövlətin imkanlarından bəhrələnmək əvəzinə hökümətdən narazı olmağımı?». Sifarişlə həbs olunanlar nəyi etiraf edib əfv diləməlidirlər, Sizdən?»-deyə sual verir.
XS
SM
MD
LG