Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

ABŞ «2 aprelçilər»ə verilən cəzanı pislədi


Sahib Kərimov
Sahib Kərimov
Amerika Birləşmiş Ştatları 2 aprel aksiyasında iştirak etmiş Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı barəsində Səbail rayon Məhkəməsinin qərarından təəssüflənir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

ABŞ həmçinin, eyni məhkəmənin Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazlı, Arif Alışlı, Elşən Həsənov və Elnur İsrafilovu oxşar ittihamlarla məhkum etmə barədə 25 avqust qərarına da təəssüflənir:

«ABŞ Azərbaycan hökumətinə bütün vətəndaşların sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etmək kimi Konstitusiya və beynəlxalq öhdəliklərini xatırladır. Müvafiq olaraq Birləşmiş Ştatlar ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apelyasiya şikayətinin Azərbaycanın konstitusiya və beynəlxalq öhdəliklərinə müvafiq şəkildə baxılmasını təmin etməyə çağırır. Bu öhdəliklər azərbaycanlıların öz ölkələrinin demokratik mədəniyyətinin, proseslərinin və qurumlarının daha dərin inkişafına yardım etmək üçün mövcuddur».

Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-də şöbə müdiri Məhəmməd Məcidli 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya isə 2 il şərti həbs verilib.
XS
SM
MD
LG