Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

«Azərbaycan» kinoteatrı niyə bağlanır?


Arxiv foto
Arxiv foto
Bakı şəhərinin mərkəzindəki «Azərbaycan» kinoteatrı oktyabrın sonunda fəaliyyətini dayandıracaq.

Bu barədə APA-ya kinoteatrın direktoru Əli Humani məlumat verib. Ə. «Azərbaycan» kinoteatrı açılan gündən oranı icarəyə götürdüklərini bildirib: «On iki il idi ki, burada fəaliyyət göstərirdik. Bütün avadanlıqları satışa çıxarırıq. Çünki bu məkan artıq özəlləşdirilib. Kinoteatrın bundan sonra fəaliyyətinin hansı istiqamətdə qurulacağını bilmirəm. Biz buradan çıxırıq və «Azərbaycan» kinoteatrı olaraq fəaliyyətimizi dayandırırıq. Ayın sonuna kimi filmlər göstəriləcək».
Eyni binada fəaliyyət göstərən Milli Kinematoqrafiya Mərkəzinin direktoru Rafiq Hüseynov da fəaliyyətlərini dayandırdıqlarını söyləyib: «Bu binada eyni zamanda xarici şirkətlə bərabər Beynəlxalq Kino Şirkəti də yaratmışdıq. Biz də oranı boşaldırıq. Bu kinoteatrı Azərbaycan Kinematoqrafçılar İttifaqı icarəyə götürmüşdü. İcarə müddəti üçün imzalanan müqavilə 20 ili əhatə edirdi. Amma kinoteatrların özəlləşdirilməsi ilə bağlı imzalanan sərəncam əsasında bu kinoteatr da özəlləşdirilib. Kinoteatr Əmlak Komitəsi tərəfindən hərraca çıxarılıb və hərraca çıxarılanda bütün müqavilələr pozulmuş sayılır. İttifaqın bu obyekti almağa maddi imkanı yoxdur. Amma bildiyim qədəri ilə dövlət başçısının sərəncamında bu obyektin yenə də kinoteatr kimi fəaliyyət göstərməsi qeyd olunub».

«Azərbaycan» kinoteatrının saytında qurumun fəaliyyətini dayandırması ilə əlaqədar film proyektoru avadanlığı, oturacaqlar, ofis təchizatı, mebel, istilik və kondisioner sistemləri, barlar üçün avadanlıqların satışa çıxarıldığı elan edilib.
XS
SM
MD
LG