Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:46

A.Arzumanyan: «Yaxın 2 ildə erməni diplomatiyasının başı ağrıyacaq»


Aleksandr Arzumanyan
Aleksandr Arzumanyan
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq. Yaxın iki ildə biz Ermənistana ciddi meydan oxuma hallarının şahidi olacağıq.

Amma həm də bu o demək deyil ki, Azərbaycanın üzvlüyü BMT-də geosiyasi balansı pozacaq və Azərbaycan BMT Təhlükəsizlik Şurasının gündəmini diqtə edəcək”.

Bunu Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan deyib. Amma Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verən

Arzumanyan BMT-dəki vəziyyəti yaxşı bilir

O, vaxtilə Ermənistanin BMT-dəki təmsilçisi olub və Azərbaycanın xeyrinə olan qətnamələrin əngəllənməsinə çalışıb. Hazırda Ermənistan hakimiyyətinə müxalifətdədir.

Ermənistanın hakim partiyası – Respublikaçılar Partiyasının nümayəndəsi, deputat Eduard Şarmazanov isə məsələ ilə bağlı bəyanatla çıxış edib:

“Əliyev klanı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini qələbə kimi təqdim edir. Amma biz bu məsələdə qondarma təbliğatla üz-üzəyik. Bu məsələ heç bir halda Qarabağ münaqişəsinin həlli işinə təsir edə bilməz.

Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onların mövqeyi Ermənistanın mövqeyi
İlqar Məmmədov
İlqar Məmmədov
ilə üst-üstə düşür”.

Azərbaycanlı politoloq Ilqar Məmmədov isə Azadlıq Radiosunun “İşdən sonra” proqramına müsahibsində deyir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ona qısa müddətdə bəzi üstünlüklər verir, əlavə imkanlar yaradır:

“Dekabrın 12-də BMT-də iki qətnamə müzakirəyə çıxarılacaq. Onlardan biri Azərbaycanın işğal olunmuş ərazilərinə aiddir, digəri isə GUAM üzvü olan ölkələrdə donmuş münaqişələrə.

Azərbaycan illərdir onların qəbuluna çalışsa da, buna nail ola bilmir.

BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın karına gələ bilər”

Amma politoloq hesab edir ki, qeyri-daimi üzvlüyün hakimiyyət tərəfindən bayram əhval-ruhiyyəsində təqdim edilməsinin əleyhinədir:

BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası
“İki il qabaq Liviya da BMT Təhlükəsizlik Şurasının üzvü idi. Əgər Azərbaycan hakimiyyəti düşünürsə ki, bu üzvlüklə özünün insan haqları ilə bağlı imicini yaxşı yöndən təqdim edə, fövqəladə statusa yiyələnə biləcək, yanılır. Liviya rəhbərinin aqibəti hamıya məlumdur”.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlük səsverməsində əsas rəqibi Sloveniyanı 40 səs geridə qoyub. Azərbaycan Şərqi Avropa regionunu qarşıdakı iki ildə təmsil edəcək.

BMT-nin 5 daimi, 15 qeyri-daimi üzvü var. Yalnız daimi üzvlərin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan qərarlara veto qoymaq haqqı var.
XS
SM
MD
LG