Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:47

Qaddafinin ailəsi NATOnu Beynəlxalq tribunala verir


Saif al-Islam Qaddafi bu ilin fevralında Tripolidə mətbuat konfransına gedir
Saif al-Islam Qaddafi bu ilin fevralında Tripolidə mətbuat konfransına gedir

Qaddafinin oğlu və silahdaşları isə özlərini Haaqa məhkəməsinə təslim etmək istəyirlər

Muammar Qaddafinin oğlu Saif al İslam və Liviya kəşfiyyatının keçmiş rəhbəri Abdulla al Sennusinin Haaqa məhkəməsinə təslim olmaq istəyirlər.

Bu haqda xəbər yayan kütləvi informasiya vasitələri Qaddafi ailəsinin vəkili Marcel Ceccaldiyə istinad edirlər. Bildirilir ki, Qaddafi ailəsi NATO-ya qarşı Haaqdakı (Hollandiya) Beynəlxalq Tribunalda iddia qaldırmaq niyyətindədir. M.Ceccaldi əlavə edib ki, Cenevrə Konvesiyası ilə müdafiə olunan istənilən şəxsin bilərəkdən öldürülməsi hərbi cinayət sayılır.

Vəkil əlavə edib ki, istər NATO rəhbərliyi, istərsə də hərbi alyansa daxil olan ölkə rəhbərlərinin məsuliyyəti haqda iddia qaldırılması nəzərdə tutulub, amma konkret vaxt bildirməyib.

Haaqa məhkəməsindən xəbərlərin heç birini təsdiq etmirlər.

Bu ilin iyun ayında Haaqa Beynəlxalq Hərbi Tribunalı Qaddafinin və onun ətrafındakı bir sıra şəxlərin həbsinə sanksiya vermişdi. Onlar hərbi cinayətlərdə ittiham olunurdular.
XS
SM
MD
LG