Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

Uşaqlar üçün romanın müəllifi - qatı cinayətkar imiş


Kembonun 2006-cı ilə aid fotosu "The Province" qəzetində
Kembonun 2006-cı ilə aid fotosu "The Province" qəzetində
2010-cu ildə çap edilsə də, romanın müəllifinin kimliyi indi məlum olub.

Bu, Kanadada 4 nəfəri öldürmüş qaradərili Charles Kembo-dur. O, kitabı qadın təxəllüsü ilə - “J.D. Bauer” imzası ilə çap etdirib.

İndiyəcən 14 min nüsxəsi satılan kitab dünyanın ən böyük İnternet dükanı olan Amazon.com-da da satışa qoyulub.

Bu yaxınlarda müəllifdən on-line müsahibə alan ("suite101.com" internet dərgisi üçün) vankuverli jurnalist Julie Burtinshaw onun ömürlük həbs cəzası çəkən qatı cinayətkar olduğunu biləndə şoka düşüb:

“Aman Allah, bu dəhşətdir, tüklərim biz-biz oldu” – deyə o, emosiyasını gizlətməyib.

“The Trinity of Superkidds. Book One: Quest for Water“ adlanan 372 səhifəlik roman 3 yeniyetmənin ciddi ekoloji çirklənməyə məruz qalan ölkəni xilas etmək istəyindən və təmiz su mənbəyi tapmaq yönündə axtarışlarından bəhs edir.


Kitab keçən ilin martında işıq üzü görəndə Kembo-nun məhkəməsi hələ bitməmişdi.

O, arvadını, məşuqəsini, dostunu və ögey qızını öldürməkdə ittiham edilirdi.

Məhkəmə onu ağır cinayətdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. O, cəzanın ilk 25 ilində əvf üçün də müraciət edə bilməz.

Kembonun müsahibədə bildirdiyinə görə, kitabdan gələn gəliri dünya ölkələrində aclıqla mübarizə aparan beynəlxalq xeyriyyə təşkilatına verəcək.

Cani bildirir ki, o, “yarıqaranlıqda tənha və çılpaq şəkildə oturub yazmağa” üstünlük verir.

Kembo-nun “J.D. Bauer” təxəllüsü ilə Facebook-da səhifəsi də var.

“The Province” qəzeti
Kanada
XS
SM
MD
LG