Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

13 yaşı leykoz xəstəsinin köməyə ehtiyacı var


Foto: Arxiv
Foto: Arxiv
Yeniyetməlik dövrünə qədəm qoymaqda olan 13 yaşlı Mirsəid Ağalarovun başı xəstəliyinə qarışıb. O, leykoz xəstəsidir. Bir neçə aydır ki, ailə üzvləri onu müalicə etdirmək üçün Ukraynaya aparıblar və hazırda oradakı xəstəxanalardan birində müalicə olunur. Ancaq onun müalicəsi ailəsinin imkanları xaricindədir.

Mirsəid Ağalarovun xalası Ziyafət Əsgərova onun xəstəliyindən və müalicəsinin xərclərinə görə ailənin düşdüyü çətin vəziyyətdən danışır:

«FONDLARA MÜRACİƏT ETSƏK DƏ»

«Hazırda müalicə üçün Minsk şəhərindədir. Çox şükürlər ki, iki müalicənin iki mərhələsini yaxşı keçdi, iliyinin dəyişdirilməsinə ehtiyac olmadı. Ancaq müalicə üçün 18 ay orda qalmalıdır. Bu isə böyük xərc tələb edir. Prezident Administrasiyasındakı yardım fonduna, bir də Heydər Əliyev Fonduna müraciət etmişdik. Heydər Əliyev Fondundan cavab aldıq ki, uşağın müalicəsi ölkə xaricində olduğundan yardım edə bilməzlər».

18 AYLIQ MÜALİCƏ XƏRCLƏRİNİN DƏRDİ

Ziyafət Əsgərova deyir ki, hazırda Mirsəid müalicənin üçüncü mərhələsindədir. 18 aylıq müalicə üçün 40 min dollar tələb olunur. Ancaq müalicə zamanı kimyəvi təsirdən xəstənin başqa orqanlarında da problemlər çıxır ki, bunların müalicəsi ayrıca xərc tələb edir. Bundan başqa, ailə xəstəxana yaxınlığında mənzil kirayələyib ki, Mirsəidi hər gün xəstəxanaya müalicəyə aparıb-gətirmək asan olsun. Bu da bir başqa xərc tələb edir.

SƏHİYYƏ NAZİRLİYİ MƏSƏLƏYƏ QOL QOYMUR

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosunun «Qaynar xətt»inə dedilər ki, leykoz irsi qan xəstəlikləri siyahısına daxildir. Dövlət Proqramına uyğun olaraq belə xəstələrə dövlət tərəfindən pulsuz dərmanlar verilir. Ancaq nazirlik xəstənin tam müalicəsi üçün pul ödəmir. Bir sözlə, Səhiyyə Nazirliyi balaca Mirsəidin müalicəsi üçün heç nə edə bilməz.

Ziyafət Əsgərova deyir ki, Mirsəidin müalicəsinə bu ilin iyun ayından başlanılıb. Qohum-əqrəba yığışıb indiyədək olan xəstəxana və müalicə xərclərini birtəhər yola veriblər. Ancaq bundan sonrası göydə Allahın, yerdə xeyirxah insanların ümidinə qalıb. 13 yaşlı Mirsəidin indi bu köməyə çox ehtiyacı var.
XS
SM
MD
LG