Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

Peyğəmbəri təhqir edən jurnala hücum oldu


Arxiv
Arxiv

“Charlie Hebdo” baş redaktorunun adını “Məhəmməd Peyğəmbər” yazıb

Fransada çap edilən “Charlie Hebdo” satirik jurnalının redaksiyasına basqın edilib. Naməlum şəxslər redaksiyanın binasını partladıcı maddələrlə doldurulmuş şüşələr atıblar. Yanğın nəticəsində xəsarət alan olmasa da, binaya ciddi ziyan çəkib.

“Charlie Hebdo” jurnalının son buraxılışı bütünlüklə “ərəb baharı”na həsr olunub. Hətta jurnalın baş redaktorunun adı kimi Məhəmməd Peyğəmbər olduğu göstərilib. Jurnalın üz qabığına yerləşdirilən karikaturada Məhəmməd bu jurnalı oxuyub gülməkdən ölməyənlərə 100 şallaq vuracağını bildirir.

Nəşrin baş redaktoru deyib ki, jurnalın çapından sonra onlar sosial şəbəkədə bir sıra istifadəçilər tərəfindən hədələniblər. Buna baxmayaraq, “Charlie Hebdo” növbəti sayını Tunis seçkilərində islamçıların qələbəsinə həsr etmək niyyətindədir.

2007-ci ildə məhz “Charlie Hebdo” jurnalı Danimarka qəzetində Məhəmməd Peyğəmbərə aid karikaturları təkrar çap etmişdi. Həmin vaxt bir sıra İslam qurumları jurnalın çapının qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət etsələr də, iddia təmin edilməmişdi.
XS
SM
MD
LG