Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:36

Rusiyada seksual məzmunlu seçki roliki qalmaqal yaradıb




Rusiyada hakim “Vahid Rusiya” partiyasının dekabrın 4-də keçiriləcək parlament seçkisi üçün hazırladığı seksual məzmunlu reklam roliki bu ölkədə qalmaqala səbəb olub.

“Gəl bunu birlikdə edək!” şüarı ilə verilən rolikdə seçki məntəqəsində cazibədar bir gənc qız oğlanı seçki kabinəsinin içərisinə, pərdənin dalına çəkir.
Amma Rusiya müxalifətinin etirazına səbəb olan rolikin seksual məzmunu deyil. Onlar bildirirlər ki, seçiciləri məntəqələrə dəvət edən bu rolik seçki qanunverciliyini pozur, çünki seçki qutusuna iki nəfər eyni zamanda girib səs verə bilməz.
Amma müxalifətin bu rolikdən şikayətlərini Rusiya Mərkəzi Seçki Komissiyası rədd edir. Komissiyadan bildiriblər ki, həmin rolikdə Seçki Məcəlləsini pozacaq heç bir şey yoxdur.

Rusiyada bundan əvvəl də Baş nazir Vladimir Putinin prezident Dmitry Medvedevin gənc qızlardan ibarət tərəfdarlarının onlara dəstək üçün seksual məzmunlu kampaniyaları olmuşdu.
Azərbaycanda da AzadlıqRadiosunun müxbirləri son bir neçə seçkidə iki seçicinin bir kabinədə səs verdiyinin şahidləri olublar. Amma bu hadisə reklam rolikində deyil, elə seçki prosesinin özündə baş verirdi. Seçki məmurları belə halları hansısa seçicinin hərfləri tanımadığına görə ona kömək edilməsi kimi izah edirdi.
Parlament seçkisində eyni kabinədə səs verən iki seçici, 7 noyabr 2010
Parlament seçkisində eyni kabinədə səs verən iki seçici, 7 noyabr 2010

XS
SM
MD
LG