Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:48

Qardaşı Rafiq Tağıya ölkədən getməyi məsləhət görürmüş


Rafiq Tağı vəfat edərkən yanında olan qardaşı danışır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00
Direct-ə keçid

Bıçaqlandıqdan bir neçə gün sonra qəflətən vəfat edən yazıçının qardaşı hadisənin baş verdiyi anları danışır...

Noyabrın 19-da bıçaqlanmış yazıçı Rafiq Tağı dörd gün sonra- noyabrın 23-də saat 15:15 radələrində müalicə aldığı 1 saylı xəstəxanada vəfat edib. Vəfat etməzdən az əvvəl onun səhhəti normal olub. Vəziyyəti birdən-birə pisləşdiyindən o, palatadan reanimasiya şöbəsinə aparılıb. Həmin vaxt yanında olan kiçik qardaşı İlqar Tağıyevin sözlərinə görə, şöbəyə çatanda artıq Rafiq Tağı vəfat edibmiş:
«Həkimləri çağırdıq, süni nəfəs verdilər. Həkim dedi ki, ürəyi dayanıb. Süni nəfəs verə-verə reanimasiyaya apardılar. Artıq ora çatanda keçinmişdi».
Həkimlərin ilkin ehtimalına görə, Rafiq Tağı qusuntu kütləsinin nəfəs yolunu tutmasından ölüb.
«DEDİM XARİCƏ GETMƏK LAZIMDIR»
İlqar Tağıyev deyir noyabrın 23-də qardaşı ilə bir saata yaxın söhbət edib, ona xəstəxanadan çıxandan sonra Azərbaycandan getməyi məsləhət görüb:
«Dedim Rafiq, bu sonuncudur, xəstəxanadan çıxandan sonra getmək lazımdır xaricə. Dedim bu, sənin təhlükəsizliyin üçün, yazılarını yazmaq üçün, ailəmizin təhlükəsizliyi üçün lazımdır. Amma heç bir söz demədi, reaksiya vermədi dediklərimə. Birdən dedi ki, qaytarmaq istəyirəm. Yanında mən idim, bacım oğlu, bir də mühafizə edən polis».
7 BIÇAQ ZƏRBƏSİNDƏN SAĞ ÇIXAN YAZIÇI...
Noyabrın 19-u axşam saatlarında naməlum şəxs yazıçıya hücum edib ona 7 bıçaq zərbəsi vurmuşdu. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yazıçı üzərində 6 saatdan çox əməliyyat aparılmışdı. İki gün sonra isə o, palataya köçürülmüşdü. Həmin gündən də onun yatdığı 312-ci palatanı polis mühafizə edirdi.
ÖLÜMÜNDƏN SAAT YARIM ƏVVƏL VERDİYİ MÜSAHİBƏ
Ölümündən saat yarım əvvəl AzadlıqRadiosunun müxbiri onunla görüşəndə yazıçı özünü yaxşı hiss etdiyini bildirsə də, həkim kimi öz vəziyyətini ağır- stabil kimi qiymətləndirmişdi:
- Səhhətiniz necədir, siz özünüz də həkimsiz, indiki vəziyyətinizi necə qiymətləndirirsiniz?
Rafiq Tağı
Rafiq Tağı
- Açığı, vəziyyətimi ağır-sabit kimi qiymətləndirirəm. Ağırdır vəziyyətim, amma stabildir...
«NARAHATÇILIQ HİSS ELƏMİRƏM HƏLƏ...»
Rafiq Tağıdan təhlükəsizlik baxımından özünü necə hiss etdiyini də soruşduq:
- Özünüzü necə hiss edirsiz?
- Narahatçılıq hiss eləmirəm hələ...
Amma Rafiq Tağı özü narahat olmasa da ailə üzvləri təhlükənin hələ də sovuşmadığını deyirdilər. Rafiq Tağının yanından redaksiyaya qayıdandan sonra qardaşı Rəfael Tağıyevlə etdiyimiz söhbətdə o bildirdi ki, cinayəti törədən şəxs tutulmadıqca, onun kimliyi bəlli olmadıqca, onların narahat olmağa ciddi əsasları var:
«Hər şey ola bilər. Onun özü və ailəsi ciddi qorunmalıdır. Palataya polis qoyulub, o, da bir az dayanır gedir. Amma ailəsi hələ də qorunmur. Bilinmir axı bu zərbə kim tərəfindən vurulub. Bəlkə adi bir adam, bəlkə daim izlənən adam tərəfindən vurulub. Bu, bilinmir. Ona görə qapısının ağzında polis dayanmalı, onun ailəsi, özü, evi qorunmalıdır».
HÜQUQ-MÜHAFİZƏYƏ MÜRACİƏT
Ailə üzvləri Rafiq Tağının təhlükəsizliyi və bu hadisənin ciddi nəzarətə götürülməsi ilə bağlı hadisənin səhəri gün baş prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ediblər.
Baş prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupunun yaradıldığı bildirilir. Rafiq Tağının ölümündən bir gün əvvəl ona sui-qəsdi araşdırmağa qərar verən Redaktorlar Birliyi isə iki jurnalist, bir vəkil və bir təhqiqatçıdan ibarət araşdırmaçı qrup yaradılmasına qərar verib. Birlik hesab edir ki, baş verən hadisəni rəsmi qurumlar araşdırsa da ictimai qurumların araşdırması önəmli faktları üzə çıxara bilər.
Bakıdakı İran səfirliyi isə noyabrın 22-də yaydığı bəyanatda Rafiq Tağıya hücumun İranla əlaqələndirilməsini təkzib etmiş, yerli mediada bu barədə yer alan yazıların məqsədinin İran-Azərbaycan münasibətlərini korlamaq olduğunu bildirmişdi.
XS
SM
MD
LG