Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

Bakıda xaos, maaşları qaldırmaq üçün 8 milyon...


Mətbuat icmalı
Mətbuat icmalı
Noyabrın 25-də əksər qəzetlərinin əsas mövzusu qarın paytaxtda yaratdığı problemlər və yazıçı-publisist Rafiq Tağının dəfnidir.

«Bizim yol» qəzeti yazır ki, Bakıda görünməmiş xaos yaşandı. Nəqliyyatın hərəkəti iflic oldu, on minlərlə insan saatlarla tıxacda qaldı, qəzalar baş verdi.

«Yeni Müsavat» qəzeti yazır ki, dövlət büdcəsi parlamentdə dörd gün əvəzinə iki gün yarım müzakirə olunub. Müzakirə zamanı nazirlərlə deputatlar arasında gərginlik yaranıb. Deputat Fazil Mustafa Maliyyə naziri Samir Şərifovu millət vəkillərini uşaq kimi masqaraya qoymaqda ittiham edib.

«Yeni Azərbaycan» qəzeti isə öz oxucularının diqqətinə çatdırır ki, 2012-ci ildə əmək haqlarının artırılması üçün büdcədə 8 milyon manat vəsait nəzərdə tutulub. Sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi isə yaxın zamanlarda parlamentə təqdim olunacaq.

«Azadlıq» qəzeti «Rafiq Tağını öldürmək kimə lazım idi?» adlı məqalədə bir sıra suallara cavab axtarır. «Turan» informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, bu işin arxasında xarici qüvvələr dayansaydı, hakimiyyətin mövqeyi belə laqeyd olmazdı.

«Azərbaycan» qəzeti yazır ki, noyabrın 24-də Akademik Milli Dram Teatrında xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Teatrın foyesində yazıçının kitablarından ibarət sərgi açılıb. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Mirzə İbrahimovun xidmətlərindən danışıb.
XS
SM
MD
LG