Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:40

Fransa Rafiq Tağının qatilini tapmağa çağırır


Fransa yazıçı Rafiq Tağının qatilinin və bu qətlin sifarişçisinin tezliklə tapılması üçün Azərbaycan hakimiyyətini bütün imkanlardan istifadə etməyə çağırır.

Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi sözçüsünün noyabrın 25-də yayılan bəyanatında belə deyilir:

«Biz cari il noyabrın 19-da Bakı küçələrindən birində qəddarlıqla bıçaqlanmış azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının ölüm xəbərindən çox mütəəssir olduq...».

Bəyanatın sonunda deyilir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da jurnalistlərin təhlükəsizliyi və mətbuat azadlığı demokratiyanın fundamental prinsiplərini təşkil edir.
XS
SM
MD
LG