Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:42

Ərəb Dövlətləri Suriyaya qarşı sanksiyalar tətbiq edir


Arxiv foto, Bosniya-Herseqovinada Suriya xalqına dəstək mitinqi, 19 noyabr 2011
Arxiv foto, Bosniya-Herseqovinada Suriya xalqına dəstək mitinqi, 19 noyabr 2011

Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edir.

Qətərin xarici işlər naziri Hamad bin Yassim Qahirədə keçirdiyi mətbuat konfransında təşkilata daxil olan 22 ölkədən 19-nun sanksiyaları dəstəklədiyini bildirib.

Söhbət ilk növbədə Suriya ilə iqtisadi layihələrin dayandırılması və bu ölkənin xarici banklardakı aktivlərinin dondurulmasından gedir.

Dəməşq bu addımı satqınlıq kimi qiymətləndirib.
Bunlara da nəzər salın

Bazar günü Suriyada daha 10 nümayişçinin öldürüldüyü bildirilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG