Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:01

Aldadılan vətəndaşlara pulsuz ev verilir


«Mur-Ay» şirkəti tərəfindən aldadılmış vətəndaşlara «Şərur-İnşaat» şirkəti pulsuz evlər paylayır.

Bu barədə «APA»ya «Şərur-İnşaat» şirkətinin rəhbəri İsfəndiyar Axundov bildirib. Bu barədə təklif hökumət tərəfindən daxil olub:

««Mur-Ay»dan ev alarkən mənzilin pulunu tam ödəmiş şəxslərə evlər pulsuz verilir, pulun bir hissəsini ödəyənlər isə qalan hissəni «Şərur-İnşaat» şirkətinə ödəməli olacaqlar. Amma sakinlər «Mur-Ay»dan aldıqları evin hər kv. metrinin qiymətini 400 manata çatdırmalı olacaqlar. Yəni, mənzil sahibi «Mur-Ay»dan evi 350 manat/kv. m alıbsa, əlavə 50 manat ödəməlidir».

İ.Axundov deyir ki, zərərçəkmişlərə evlər «Şərur-İnşaat»ın həm artıq hazır, həm də tikilməkdə olan binalarından verilir:

«Hazır binalardakı mənzillərin açarını təqdim edirik, başa çatmaqda olan binalarda isə işləri artıq tamamlayırıq. Ümumilikdə «Şərur İnşaat» şirkəti 1158 nəfər müştərini evlə təmin edəcək».

Bunun əvəzində hökumət «Şərur-İnşaat» şirkətinə Yasamal rayonunda 4 hektar torpaq sahəsi və illik 12% olmaqla uzun müddətə 10 mln. manat kredit ayırıb.

«Mur-Ay» şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi üzrə cinayət işi başlanıb.

Tikinti şirkəti Bakıda inşa olunan 414 mənzilli binada bir mənzili 3 və daha artıq adama satıbmış.
XS
SM
MD
LG