Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:43

«Azərbaycan xilas olacaq»


Əli Kərimli
Əli Kərimli
AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan AXCP sədri Əli Kərimli belə deyib. Onun fikrincə, təhlükəli olmasına baxmayaraq, hələ ki Azərbaycanda müxalifətçilik etmək mümkündür:

«Biz özümüzü bu hökumətə müxalif olduğumuzu, bu sistemi kökündən dəyişmək istədiyimizi açıq bəyan edirik. Hələ ki, bu, Azərbaycanda mümkündür. Eyni zamanda da asan deyil, təhlükəlidir. Bunu edəndə, əlbəttə ki, adama tolerant yanaşmırlar. Çox böyük təqiblər, məhrumiyyətlər var bunun arxasında…».

Partiya sədri özünü müxalifət adlandıranların bəzilərini də tənqid atəşinə tutub:

MÜXALİFƏTİN ÇEŞİDLƏRİ...

«Azərbaycanda nəinki müxalifət var, hətta onları çeşidləyiblər. Psevdomüxalifət, konstruktiv müxalifət, radikal müxalifət, ənənəvi müxalifət deyirlər. Amma mən bilirəm ki, biz elə real müxalifətik və olanı budur. Müxalifət belə olmalıdır. Sistemin başında duran adamın adını çəkməyə cəsarət etməyən biri özünə müxalifət deyirsə, bu necə müxalifətdir? Hakimiyyətə gəlməyə çalışmayan biri özünə müxalifət deyirsə, bu, necə müxalifətçilik oldu? Azərbaycanda real müxalifət o qüvvələrdir ki, İlham Əliyevin rəhbərliyi ilə qurulmuş bu korrupsioner, zorakı sistemi dəyişməyi qarşılarına məqsəd qoyub…».

Əli Kərimli deyib ki, 20 illik fəaliyyətə baxmayaraq, Azərbaycan hələ də xilas olmasa da, bu, onları ruhdan salmır:

«Bu o demək deyil ki, Azərbaycan xilas olmayacaq. Xilas olan xalqların hər biri nə qədər müddətdən keçiblər…».

Elnur Astanbəyli
Elnur Astanbəyli
«BU ADAMLAR HACI İLQARDAN İNDİMİ XƏBƏR TUTURLAR?»

Partiya sədri Elnur Astanbəylinin Molla Pənah Hüseyn yazısına və son vaxtlar İctimai Palata ətrafında yaranmış söz-söhbətlərə də münasibət bildirib:

«İctimai Palatadakılar milli-demokratik qüvvələrdir. Bizim inanclı insanlara normal yanaşmamızdan normal bir şey yoxdur. Burada nə qəbahət axtarmaq lazımdır ki?! Mən başa düşə bilmirəm. Hacı İlqar 2003-cü ildə seçki məhbusu olanda yaxşı idi, indi bizim aramızda olması İctimai Palataya qarşı nə böyük kompromat oldu... Guya İctimai Palata Rafiq Tağının xatirəsini yad etməyib. Yalandır axı. İclasa mən sədrlik etmişəm. Hamımız ayağa qalxıq Rafiq Tağının xatirəsini bir dəqiqəlik sükutla yad etmişik. Deyirlər ki, yalan ayaq tutub yerimir, amma bəzən bu yalanların yürüdüyü də olur. Açığı, bu axırıncı polemikalar süni xarakter daşıyır. Şişirdilir. Belə bir problem yoxdur...».

Sonda Əli Kərimli onu deyib ki, Rusiyada baş verən hadisələr Azərbaycanda çox şeyləri ciddi şəkildə dəyişdirəcək.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG