Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

Qazax yazıçıları netfçilərin qətlini pislədi


Qazaxıstanda mitinqçilərin güllələndiyi anlar
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Dekabrın 20-də YouTube portalına yerləşdirilən bu videoda Qazaxıstanın Janaozen şəhərində polisin etiraz aksiyası iştirakçılarına atəş açdığı əksini tapır. Deakbrın 16-da həmin şəhərdə neftçilərin keçirdikləri aksiya zamanı baş verən qarşıdurmada rəsmilər

Dekabrın 21-də Qazaxıstanda 100-cən yazıçı və jurnalist bir araya gələrək Zanaözen şəhərində 14 neftçinin öldürülməsini pisləyiblər.

Yazıçılar - Qazaxıstan Yazıçılar Birliyinin üzvləridirlər və toplantı da birliyin binasında keçirilib.

Polis Yazıçılar Birliyinin Almatıdakı binasını mühasirəyə alıb. Hətta içəriyə də bəzi polis əməkdaşları yerləşdirilib.

Toplantını tanınmış siyasi fəal Xasen Kojaxmet təşkil edib. Amma özü toplantıda gözə dəyməyib. Həmkarları deyib ki, polis onu toplantıya gələrkən həbs edib.

Qazaxıstan Prokurorluğu bildirir ki, dekabrın 16-da Janaözendə etiraz aksiyası keçirən neft işçiləri ilə polis arasında qarşıdurma zamanı 14 nəfər ölüb, azı 86 nəfər xəsarət alıb.

Hökumət etirazçılara atəş açmadığını, güllələrin göyə atıldığını və ölümlərin səbəbinin rekoşet olduğunu bildirsə də, dekabrın 21-də ortaya çıxmış həvəskar video başqa şey deyir.
XS
SM
MD
LG