Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:47

İstanbulda Assad rejiminə qarşı etiraz


Suriyada etiraz aksiyaları davam edir
Suriyada etiraz aksiyaları davam edir
«Rədd olsun Assad rejimi, yaşasın xalq» şüarını dekabrın 23-də 100-ə yaxın suriyalı etirazçı Suriyanın hökumət binasının qarşısında səsləndirir. Çoxu tələbə olan nümayişçilər Suriya hökumətinə qarşı çıxmağın nə qədər təhlükəli olduğunu yaxşı bilirlər. Ancaq bura Dəməşq deyil. Onlar etiraz aksiyasını Suriyanın İstanbuldakı konsulluğunun qarşısında keçirirlər.

Taleyin ironiyasıdır ki, bu tələbələr İstanbula bir vaxtlar Türkiyə ilə Suriya arasında sıx əməkdaşlığın nəticəsi olaraq təhsil almağa gəliblər.

Onlardan biri, 20 yaşlı Mughira al Sarifdir. O İstanbula Suriyanın Derra şəhərindən gəlib. Kompüter mühəndisliyi üzrə təhsil alır. Təhsil aldığı dövrdə Suriya rejiminin devrilməsinə getdikcə daha çox vaxt ayırır:

«Biz burada Suriya rejiminə qarşı etiraz aksiyaları təşkil edirik. Aksiyaları hər həftə müxtəlif yerlərdə keçiririk. Məqsədimiz Suriya xalqını dəstəkləməkdir. Onların bizim dəstəyə ehtiyacı var».

«SURİYA REJİMİNİN ADAMLARI BİZİ İSTANBULDA İZLƏYİR»

Mughira al Sarif digər suriyalı tələbə yoldaşları ilə birlikdə Suriya İnqilabının İstanbul Komitəsini yaradıb. Bu qrup rejimə qarşı aksiyalar keçirməklə yanaşı hakimiyyətin törətdiyi qəddarlığı mediaya çatdırırlar.

Sharif işini çoxunu evdə görür. Bu onun son 8 ayda dəyişdiyi üçüncü mənzildir. Yaşayış yerini isə təhlükəsizliyinə görə dəyişir:

«Bir dəfə onlar gecə yaşadığımız evə gəlmişdilər. Dostlarımdan birinə isə onu yandıracaqları ilə bağlı xəbər göndəriblər. Məni sosial şəbəkələrdə hədələyirlər. Ona görə də tez-tez yerimizi dəyişirik»

Türkiyədə Suriya təhlükəsizlik xidmətinin fəaliyyəti haqqında çoxlu söhbətlər var. Ən çox hay küy doğurmuş hadisə isə Suriya ordusundan qaçan hərbçilərin rəhbəri haqqındadır. Bu ilin əvvəlində o suriyalıların Türkiyədəki qaçqın düşərgəsindən yoxa çıxıb. Sonra Suriya televiziyasında peyda olub. O vaxtdan heç kim onu görməyib. Sharif onun öldürüldüyünə əmindir.

Sharif deyir ki, bu cür təhlükələrə baxmayaraq onlar rejimə qarşı mübarizəni davam etdirirlər. Onların mübarizənin böyük hissəsini kompüter vasitəsilə aparırlar:

«Bu bizim «Facebook»dakı səhifəmizdir. Adı Suriya Qəzəb Günləridir. Son xəbərləri, məqalələri burada yerləşdiririk. Video materialları tərcümə edirik və Qərb mediasına göndəririk. Bir çox media qurumları materialları bizim səhifədən götürürlər».

REJİMLƏ MÜBARİZƏ

Qrup üzvləri Suriyaya gizli video kameralar və cib telefonları keçirirlər. Sharif deyir ki, bu vasitələr indi Suriya müxalifətin əsas silahıdır.

Bir müddət sonra isə Sharif universitetdə təhsilini bir müddət təxirə salıb. Deyir ki, indi bütün vaxtını rejimlə mübarizəyə həsr edir. Çünki bu mübarizə onun üçün həm də şəxsi məsələyə çevrilib:

«Dünən ailə üzvlərimdən, mənə yaxın adamlardan 40-dan çoxunu həbs ediblər. Onlar haqqında məlumatım yoxdur. Ümid edirəm azad olunacaqlar. Ancaq bu təkcə mənimlə bağlı deyil. İndi hər kəs izlənir Rejim hər kəsi həbs edə və öldürə bilər».

Sharif deyir ki, indi Suriyada elə bir ailə yoxdur ki, həmin ailədən kimsə öldürülməsin, ya da həbs olunmasın.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG