Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:08

Azərbaycan 2020-ci ildə necə olmalıdır?


Mehman Əliyev
Mehman Əliyev
-
««2020-ci il konsepsiyası» çoxdan hazır olmalı idi».

«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev «İşdən sonra» proqramında «Azərbaycan -2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası haqqında danışarkən belə deyib.

Onun fikrincə, konsepsiya özündə əsasən demokratikləşməni əks etdirməlidir:

«Bir şey var-demokratiya. Demokratiya lokomotivdir. O özü hər şeyi yaradacaq. Hər şeyin təhlükəsizliyini və rifahını təmin edəcək. Bu hakimiyyət bunu yarada bilməyəcək. Bunun mahiyyəti başqadır. Bunların istəyi başqadır…».

Mehman Əliyev Azərbaycanda bu cür konsepsiyaların həyata keçiriləcəyinə inanmır:

«Bizdə hakimiyyətin siyasəti ona yönəlib ki, insanların haqlarını pozsunlar, onları təkləsinlər, təqib etsinlər. Hər şey bunun üstündə qurulub, belə də gedəcək. O vaxta qədər ki, harasa dirənəcək…».

Mehman Əliyev deyir ki, bu konsepsiya qarşılıqlı razılaşma və dialoq əsasında hazırlanmalıdır:

«Böyük bir dialoqa ehtiyac var cəmiyyətlə hakimiyyət arasında. Problemlər o dialoqda müəyyənləşməlidir. Hansı səhvlərə yol vermişik? Bataqlıqdan çıxmaq üçün hansı yolu seçməliyik? Biz hazırda qüvvədə olan platformanın üstündə durub yeni nəsə qurmaq istəyiriksə, bu, mənasız
Əli Abbasov
Əli Abbasov
işdir…».

KÖHNƏ MODELLƏRLƏ YENİ STRATEGİYA...

Filosof Əli Abbasov isə deyir ki, konsepsiya dünyada baş verən prosesləri və yenilikləri də özündə əks etdirməlidir.

«Köhnə modellərlə yeni strategiya işlənəcəksə, onda heç nə alınmayacaq. Yox, dünyada gedən prosesləri də nəzərə alsalar, deməli, başqa bir konsepsiya yarana bilər».

Əli Abbasovun fikrincə, konsepsiya ilkin olaraq ictimaiyyətin müzakirəsinə verilməlidir. Konsepsiyada nəzərdə tutulan müddəalar isə kağız üzərində qalmamalı, həyata keçirilməlidir:

«Problem təklifdə deyil, onun realizə məsələsindədir. Azərbaycan üçün Azərbaycan modeli var. İqtidar tərəfindən cəmiyyətə hansısa bir sosial-mədəni konsepsiya təqdim olunmalıdır. Elə təqdim olunmalıdır ki, cəmiyyət bunu qəbul etsin. Belə bir model olsa, islahatlar da gedə bilər. Belə bir konsepsiya olmasa, hər şey necə var, elə də qalacaq…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG