Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

Yaslar ucuzlaşıb, taciklər varlanıb


Tacikistanda nikah mərasimi
Tacikistanda nikah mərasimi

Yasa çağırılan adamların sayına limit qoyulub, ad günlərinin restoranda keçirilməsi qadağan edilib

"Ənənələr, şənliklər və mərasimlərin tənzimlənməsi haqqında" qanuna görə son 4,5 ildə taciklər 1,5 milyard dollar qabağa düşüblər. Bu haqda Tacikistanın Dini İşlər üzrə Dövlət Komitəsinin rəhbəri Abdurrahim Xolikov açıqlama verib.

Komitə rəhbəri deyib ki, bu qanun sayəsində ölkə əhalisinin 2011-ci ildə banklardakı əmanətinin miqdarı 54 faiz artıb. Buna görə də taciklər qlobal maliyyə böhranını daha yüngül keçiriblər. Məhz bu qanun ölkədə yoxsulluğun azalmasına səbəb olub.

"Əgər əvvəllər toy, yaxud yas mərasiminin keçirilməsinə orta hesabla 8700 somoni (1800 dollar) xərc çəkilirdisə, indi bu rəqəm 2766 somoni (570dollar) olub".

Lakin ekspertlər bildirirlər ki, Tacikistanda 500 dollara toy keçirtmək nəzərə cəhətdən mümkündür, amma real görünmür.

"Ənənələr, şənliklər və mərasimlərin tənzimlənməsi haqqında" qanun 2007-ci ildə Tacikistan prezidentinin tşəəbbüsü ilə qəbul edilib. Prezident İmomali Rahmon hesab edirdi ki, taciklər müxtəlif mərasimlərin keçirilməsinə həddən artıq çox pul xərcləyirlər.

Qanuna əsasən, toyda, yasda və digər milli mərasimlərdə qonaqların sayına limit təyin edilib. Ad günlərinin restoranlarda qeyd olunması ümumiyyətlə qadağan edilib.
XS
SM
MD
LG