Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

Naxçıvan "cip" maşınların istehsalına başlayıb


Naxçıvanda Lifan taksi
Naxçıvanda Lifan taksi
Naxçıvan Avtomobil Zavodunda (NAZ) yeni avtomobillərin – «Lifan SUV» modelinin istehsalına başlayıb.

Zavodun direktoru Musa Allahverdiyev «APA-ECONOMICS»ə deyib ki, «Lifan SUV» krossoverlərinin 1,8 litr həcmli 133 at gücündə mühərriki var və 100 kilometrə 8 litr yanacaq işlədir.

Zavod direktoru krossover üçün mühərrikin həcminin kiçik olmadığını bildirib. Onun sözlərinə görə, avtomobilin gövdəsi yüngül olduğuna görə, bu həcmdə mühərrik kifayət edir. Avtomobilin sürəti satda 170 kilometrə çatır.

Yeni avtomobillər «Avro-3» standartlarına cavab verir, bu ilin sonunadək isə onların avro-4 standartlarına keçməsi planlaşdırılır. «Lifan SUV» krossoverlərinin qiyməti 13-14 min manat arasındadır və 2 illik kreditlə almaq mümkündür.

Parallel olaraq müəssisədə indiyədək buraxılan «Lifan 320» və «Lifan 620» avtomobillərinin avtomat sürətlər qutusu ilə istehsalına başlanacaq.
Avtomat sürətlər qutulu avtomobil təqribən 800-1000 manat baha olacaq.

Musa Allahverdiyevin sözlərinə görə, bu il zavodda ümumilikdə təqribən 1000 avtomobilin buraxılması planlaşdırılır, lakin tələbat böyük olsa, istehsal həcmi arta bilər: «Zavodun istehsal gücü normal rejimdə ildə 5 minədək, ikinövbəli rejimdə isə 10 min avtomobilin buraxılmasına imkan verir».

Hazırda zavod rəhbərliyi NAZ-da buraxılan avtomobillərinin xarici ölkələrə – Türkiyə və Qazaxıstana ixracı ilə bağlı danışıqlar aparır.
XS
SM
MD
LG