Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Bakıda ”Eurovision şəhərciyi" yaradılacaq


"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Eurovision şəhərciyi" (EuroVillage) yaradılacaq”.

Bu sözləri"Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli Trend-ə söyləyib.

Onun sözlərinə görə, "EuroVillage"in yaradılması "Eurovision" mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir.

"EuroVillage"ın açıq sahədə yaradılacağı nəzərdə tutulub.

Şəhərcikdə müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətlərinin təşkil etdiyi ayrı-ayrı proqramlar, həmçinin tədbirin sponsorları tərəfindən düzənlənən müxtəlif tədbirlər və s. keçiriləcək.

A. Kərimli Bakıda "Euroclub" da yaradılacağını bildirib. Burada "Eurovision"u işıqlandırmağa gələn jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq.

Burada həmçinin "Eurovision" mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək. Qəbullara giriş dəvətnamə ilə mümkün olacaq.

A.Kərimli hazırda həm "EuroVillage", həm də "Euroclub"un yaradılması üçün yerlər müəyyənləşdirildiyini söyləyib.

Hər iki məkanın müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall"a yaxın yerdə yaradılması nəzərdə tutulduğunu vurğulayıb.

Eurovsion yetkilisi "EuroVillage" və "Euroclub"un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini də bildirib.

Xatırlaadq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi bu ilin mayında Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.
XS
SM
MD
LG