Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

James Joyce-un yeni tapılan hekayəsi qalmaqal yaratdı


Joyce-un Sürixdəki məzarı...
Joyce-un Sürixdəki məzarı...
20-ci əsrin ən böyük yazıçılarından sayılan Ceyms Coysun (James Joyce) yeni hekayəsi tapılıb.

Hekayə "The Cats of Copenhagen" (“Kopenhagen pişikləri”) adlanır.

Türk mediasının bildirdiyinə görə, irland yazıçı bu hekayəni 1936-cı ilin payızında Kopenhagenə gələrkən nəvəsi Stephen Joyce üçün yazıbmış.

Hekayə kitab halında cəmi 200 nüsxə buraxılıb və 300 avrodan satışa verilib.
Hekayənin Dublində çap olunması Joyce heyranlarını sevindirib. Ancaq hekayənin original mətninin sahibi olan Sürixdəki Ceyms Coys Vəqfi bundan narahat olub.

Vəqf açıqlamasında bildirib ki, hekayəni Stephen-in ögey qardaşı Hans Jahnke 2005-ci ildə onlara bağışlayıb və hekayə Stephen ve Hansın ataları Giorgio Joyce-a aid olub.

Açıqlamada nəvəyə yazılan bir məktubun “izn alınmadan” kitab halında çap edilməsinin Vəqfdə xoş qarşılanmadığı önə çəkilb.

Sürixdəki James Joyce Vəqfinin indiyədək açıq və etibarlı bir siyasət apardığına, ancaq bu son hadisənin gələcəkdə Vəqfi ziyarət edəcək araşdırıcılara inamsız münasibət sərgiləməsinə yol açacağı bildirilir.

Maraqlıdır ki, hekayəni çap edən Dublindəki Ithys nəşriyyatı Vəqfin bu açıqlamasına həmən münasibət bildirib.

Nəşriyyat bəyan edib ki, James Joyce-un indiyədək yayımlanmamış əsərləri 2012-ci il yanvarın 1-dən ictimaiyyətin malıdır və Vəqfin özünə bağışlanan bir mətn üzərində haqq iddia etməsi axmaqlıqdır.

Doğrudan da, ünlü yazıçının həyatdaykən nəşr etdirdiyi əsərlər üzərindəki məhdudiyyətlər yanvarın 1-dən qaldırılıb və bu İrlandiyada məmnunluqla qarşılanıb.

Amma onun sağlığında nəşr etdirdiyi—“Uliss”, “Dublinlilər”, “Sənətçinin bir gənç adam olaraq portreti”,” Sürgünlər ve Finnegans Wake” kimi əsərlərindən savayı digər əsər və mətnlərinin aqibətinin necə olacağı qanundakı boşluqlar səbəbindən heç kəsə bəlli deyil.

Xatırladaq ki, James Joyce 1882-ci ildə Dublində doğulub və 1941-ci ildə Sürixdə dünyasını dəyişib.

Onun qanuni varisi nəvəsi Stefan Coys idi.

Beynəlxalq qanunlara görə, o bu hüququ yazıçının ölümündən sonra 70 il özündə saxlaya bilərdi.

Nəvə hüququ özündə möhkəm saxlayırdı və heç kimi onun irsinə yaxın buraxmırdı.

70 il bu ilin yanvarında tamam olduğundan Geyms Coysun əsərlərinin nəşrinə yaşıl işıq yandırıla bilər.

Deyilənə görə, yazıçının “Hibraltar” və “Sürgünlər” əsərlərinin səhnələşdiriləcəyi və adına yeni muzeyin yaradılması da planlaşdırılır.

Yeri gəlmişkən, hər il iyunun 16-da yazıçının ən məşhur əsəri “Uliss”in qəhrəmanı Lepold Blomun şərəfinə böyük turist axınıyla müşaiyyət olunan Blum günü festivalı keçirilir.

2008-ci ildə böyük yazıçının 1922-ci ildə Parisdə ilk dəfə nəşr edilən “Uliss” romanının siqnal nüsxəsi Nyu-York auksionunda 600 min dollara satılmışdı.
XS
SM
MD
LG