Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Kür çayının səviyyəsi sürətlə qalxır


Kür çayı
Kür çayı
Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi qalxmaqda davam edir.

Bu barədə «APA»ya Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin direktoru Əkbər Həsənov məlumat verib.

Onun bildirdiyinə görə, son günlər Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində suyun səviyyəsinin artımı müşahidə olunur. Təkcə fevralın əvvəlindən indiyə kimi çayın səviyyəsi Salyan rayonunda 75 santimetr, Neftçalada isə 35 santimetr qalxıb. Çayda suyun qalxmasına səbəb kimi yağıntıların və qarın əriməsi göstərilir.

Əkbər Həsənov deyir ki, Kürün səviyyəsi daha 1-1.2 metr qalxarsa, hər iki rayon üçün təhlükə yarana bilər.
XS
SM
MD
LG