Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:28

17 mart mitinqinin xronologiyası [Video-Foto]


Gənclərin mitinqi qalmaqalla bitdi
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00
Direct-ə keçid

Gənclərin mitinqi qalmaqalla bitdi

Dava «Bulistan» qrupu mahnı ifa etdiyi zaman baş verib. Davaya səbəb 1 nəfərin mahnının sözlərinə etiraz etməsi olub. Polis 3 nəfəri saxlayıb

Martın 17-də Bakıda müxalif və müstəqil gənclərin mitinqi keçirilib.


Gənclərin 17 mart mitinqi (təkrar 1-ci hissə)

GƏNCLƏRİN 17 MART MİTİNQİ
Səbail rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin stadionunda baş tutan mitinq «Qarabağ!», «Siyasi məhbuslara azadlıq!», «Təhsildə rüşvətə yox deyirik!» şüarları ilə başlayıb.

Gənclər «İstefa!» şüarları da səsləndiriblər.

Aksiyada çıxış edənlər bildiriblər ki, insanların mülkiyyət hüququnu pozan, 18 ildə Qarabağ problemini həll edə bilməyən hakimiyyət istefaya getməlidir.

Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
KİM NƏDƏN DANIŞDI

Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı çıxışında deyib ki, İlham Əliyev hakimiyyətinin siyasi məhbusları azad etməməsi başadüşülən deyil.

O, çıxışında hakimiyyəti bütün «vicdan məhbusları»nı azad etməyə çağırıb. Deyib ki, 18 il ərzində torpaqları işğaldan azad edə bilməyən hakimiyyət istefa verməlidir.

Daha sonra «Dalğa» Gənclər Təşkilatının sədri Xanım Yadigarlı çıxış edib. O, mitinqdə heç bir siyasi partiyanı dəstəkləmədiklərini bildirib. Deyib ki, onlar rüşvətsiz təhsil istəyirlər. O, çıxışını «Təhsildə rüşvətə yox!» şüarı ilə bitirib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə deyib ki, Azərbaycan hakimiyyəti gəncləri aldadır. O, onlarla gəncin «siyasi məhbus» kimi həbsxanalarda, «qul bazarı»nda olduğunu deyib. Bildirib ki, 17 mart gənclərin ilk addımıdır:

«Bu ölkədə qorxmayan gənclik var».

Onun çıxışından sonra aksiya iştirakçıları «Azərbaycan!» şüarları səsləndiriblər.

NİDA Gənclər Hərəkatının nümayəndəsi isə çıxışında daha çox Azərbaycan ordusundakı vəziyyətə toxunub. Deyib ki, Azərbaycan iqtidarı Qarabağ faktından hakimiyyətdə qalmaq üçün istifadə edir.

İŞIQLAR KƏSİLİB

Aksiyada polislərdən xahiş olunub ki, onlar mitinqin tribunasından uzaqlaşsınlar.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib ki, onlar aksiya başlamazdan əvvəl rayonun polis rəisi ilə danışıb polisin aksiyaya müdaxilə etməməsini istəyiblər.

Mitinq keçirilən əraziyə verilən elektrik enerjisi kəsilib. Bu, aksiyaçıların etirazına səbəb olub. Onlar hakimiyyət əleyhinə şüarlar səslənib.

İqtisadçı Natiq Cəfərli də mitinqdə çıxış edib. O deyib ki, Azərbaycan hakimiyyəti öz ailəsinin və yaxınlarının mənafeyinə yox, bütün millətə xidmət etməlidir. O, çıxışında prezident ailəsinin Dubay mülklərinə də toxunub.
KONSERT BAŞLADI

GƏNCLƏRİN MİTİNQİNDƏ DAVA

GƏNCLƏRİN MİTİNQİNDƏ DAVA
Mitinqin çıxışlar hissəsi bitdi. Qətnamə oxundu.

Mitinq konsert proqramı ilə davam edir.
DAVA DÜŞDÜ

Gənclərin mitinqində dava düşüb.

Dava «Bulistan» qrupu mahnı ifa etdiyi zaman baş verib. Davaya səbəb 1 nəfərin mahnının sözlərinə etiraz etməsi olub. Polis 3 nəfəri saxlayıb - «Bulustan» qrupunun üzvü, mahnı ifa edən Camal Əli, gitaraçı Natiq Kamilov və «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı.

Saxlananlar Səbail rayon Polis İdarəsinin 8-ci bölməsinə aparılıb.

8-ci polis bölməsindən isə AzadlıqRadiosuna bölməyə 4 nəfərin gətirildiyini deyiblər. Amma onların adları açıqlanmır.
XS
SM
MD
LG