Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:16

QHT-lərə Dəstək Şurasından qrant alanlardan 8-i millət vəkili imiş


QHT-lərə Dəstək Şurasından qrantları necə paylayır?
Gözlə

No media source currently available

0:00 0:54:09 0:00
Direct-ə keçid

QHT-lərə Dəstək Şurasından qrantları necə paylayır?

-

“Korrupsiometr” proqramında müzakirə zamanı QHT-lərə Dəstək Şurasının nümayəndəsi Sahib Məmmədov bildirib ki, bəzi təşkilatların qeydiyyatı olmadığı üçün onların layihələri maliyyə operatorları vasitəsilə dəstəklənir.

Maliyyə operatoru funksiyasında isə dövlət qeydiyyatından keçmiş başqa bir QHT iştirak edir. Yəni, əslində Şura layihə üçün maliyyə yardımını bir təşkilata verir, o da aldığı pulu işi həyata keçirəcək başqa bir QHT-yə ötürür.
Sahib Məmmədov
Sahib Məmmədov

Sahib Məmmədov millət vəkillərinin də QHT-lərə dəstək Şurasından qrant almalarında qanunsuz bir şey görmür, bir şərtlə ki, onlar aldıqları puldan özlərinə maaş yazmasınlar:

- Mən onun tərəfdarıyam ki, millət vəkili, dövlət xadimi vəsaiti varsa, həm də rəhbəri olduğu QHT varsa xeyriyyəçi kimi öz təşkilatının layihələrinə yardım etsin.

Deputatların əksəriyyəti də seçilməzdən əvvəl QHT rəhbərləri kimi fəaliyyət göstəriblər. Amma deputatın qrantdan maaş almaq ixtiyarı yoxdur.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Kimsə qrant alıb cibinə qoyursa, belə düşünürlər ki, deputat da qrantı alıb cibinə qoyacaq. Deputatın təmsil etdiyi təşkilat var, ofis var, işçilər var.

Neftçilərin Hüquqlarını müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə qeyd edir ki, ümumiyyətlə QHT-lərə Dəstək Şurasının şəffaf işlədiyinə inanmır.

O, fikrini onunla əsaslandırır ki, Şura üzvlərinin özləri də həmin qurumdan qrant alırlar:

- Şura üzvlərinin ən çox marağı qrant almaqdır. Bu ədalətsizlikdir və qeyri-etik görünür.
Anar Məmmədli
Anar Məmmədli

Sahib Məmmədov isə qeyd edir ki, Şuraya təqdim olunan layihələrin hər biri ekspertlər tərəfindən qiymətləndirilir və Şura üzvlərinin öz layihələrinə dəstək verməyə imkanları yoxdur.

Polemikada iştirak edən Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qeyd edir ki, bu Şuranın müstəqil qərar qəbul etdiyinə inanmır. Ona görə də insan hüquqları, xüsusilə də siyasi hüquqlar, siyasi azadlıqlar, seçki hüququ, toplaşmaq azadlığı, bu kimi məsələlərlə bağlı layihələrini ümumiyyətlə bu Şuraya təqdim etmir:
Oqtay Gülalıyev
Oqtay Gülalıyev

“Düşünmürəm ki əgər Azərbaycanda bu hüquqların pozulmasında tərəf kimi dövlət iştirak edirsə, bizim dövlətdən bu məsələ ilə bağlı maliyyə dəstəyi üçün müraciət etməmiz bir qədər etik deyil.

Siyasi iradə yoxdursa dövlət dəstəyi şurasından alınan layihələr üçün müraciət etməyin də heç bir əhəmiyyəti olmayacaq.”


Polemikanı ətraflı burada dinləyə bilərsiniz:




Müzakirələrdə səslənən təkliflər:

Mirvari Qəhrəmanlı:
QHT-lərə Dəstək Şurasının üzvləri müntəzəm dəyişdirilsin.
Təkcə hakimiyyətə loyal layihələr yox, onu tənqid edən layihələr də maliyyələşdirilsin.

Sahib Məmmədov:
Deputatlar, imkanlı hökumət adamlar rəhbəri olduqları QHT-lərin işinə də maliyyə dəstəyi versinlər.
Sosial sifarişlər haqqında tenderlərə QHT-lər də buraxılsın.

Anar Məmmədli:
Nə qədər ki Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarına hakimiyyətin siyasi münasibəti dəyişməyib onun səmərəli fəaliyyəti haqqında danışmaq yersiz olardı.

Oqtay Güləliyev:
Ölkədə QHT-lərə ümumi münasibət dəyişməldiri.

  • Dövlətin qeyri-hökumət təşkilatlarının layihələrinə ayırdığı pullar nə qədər ədalətli bölünür?
  • Büdcədən verilən bu qrantlar cəmiyyətin problemlərinin həllinə nə qədər yardım edə bilir, yoxsa, bu pullar bəzi tənqidlərdə deyildiyi kimi, kimlərəsə sadəcə susmaları üçün verilən maaşdır?


Fikirlərini aşağıdakı foruma göndər, sənin də səsi eşidilsin.

XS
SM
MD
LG