Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:16

Rüqəyyə Kəbiri. Gecənin doqquz otuzu


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Rüqəyyə Kəbiri

(İran)


1


Gecənin doqquz otuzu...
Soyqun var içimdə
Doqquz otuz beşdə tutuqlanıram
Çalib çapdığım sevgini məhkəməyə buraxıram.
Soyqunçu mən
Hakim mən
Tək başına qazı önündəyəm...

Saatin onbir otuzu!
Etraf edən mən
Özümü savurub sovuran mən
Yalnızlığa məhkum olan mən

Tıq...tıq...tıq...
Qazi masasında on iki dəngəsiz tıqqıltı
Adsız zaman
Əqrəblər bir- birinə sancılan
Birləşdiyi
Sevişdiyi an
Səs tanrısının səssizliyi...

Yalnızlığım qulağımda zil çalır
Qaranlıq
Sukuta cumur....


2

Sən
Təbriz boyunda bir şəhər
Səndə yeriyim; yatım; oturum; qalxim
Sənin torpağını
Fransa ətiri kimi
Saçlarıma yayım...

Göy məscid
Sənin boğazından günorta əzanı səsləsin...

Qoşuqlarının dizəsi kimi
Amir bazarında
Altın çərçüvə toxu
Bazarın bir parça sınıq kərpicinə
Sədən bir töhfə mənə
Qoy boyunbağım olsun!
Qarına;
Kuləyinə;
Yağışına;
Dumanlı günlərinə belə dözərəm
Sən Təbrizim ol
Gəl səndə yaşayım....
XS
SM
MD
LG