Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:05

Babək Ağayev. Böyük günəşli dünyada iki balaca adam


Azerbaijan -- Book by Azeri author Mirmehdi Aghaoghlu, undated
Azerbaijan -- Book by Azeri author Mirmehdi Aghaoghlu, undated
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Babək Ağayev


Böyük günəşli dünyada iki balaca adam

Gözlərindən, bütün sözlərindən çox
Portağal meşəsi saçlarına inanıram.
Sarı dəniz bu olsa gərək
Barmaqlarım ləpələr üzərində yellənərək
Sahilə səpələnən ölü balıqlara oxşayır

Səninlə olanda heç vaxt olmayan evimizdən ötrü darıxırıq
Saçların rəngə boyayırıq divarları...
Günəşli olur evimiz... portağal ətirli olur...

Birlikdə yaşadıqlarımızı danışırsan mənə
Dinləyirəm qısqanc rəfiqə kimi...
Paxıllığım tutur özümüzə... narıncı küçələrə, gün batışına...
Biz gün batışına doğru narıncı küçələrdə görüşürük...
Tam enənədək gün öpüşürük...

Biz həyatımızın portağal rəngli inqilabın etmişik
Düz vaxtında eşitmişik qeybdən gələnləri
Ölənləri sadəcə basdırmışıq
Hələ düz vaxtında dünyanın sevmişik bir-birimizi...

Bir kimsəmiz yox bizim
Biz Allahdan küsmüşük, həyat bizdən
Portağal meşəsi saçların qovuşdurub bizi
Onların qoxusu və Allah qoymazlar ayrılaq...
Bizə baxma, O bizi çox sevir, inan, həm də çox...
Və bir gün günəşli evimiz də olacaq...
Balaca portağallarla dolacaq evimiz, görərsən...
XS
SM
MD
LG