Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:04

Bəxtiyar Hidayət. Beçə balı


Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Bəxtiyar Hidayət


BEÇƏ BALI


Sənin ətrafında sanki
arı beçə verir
amma bilmillər ki o dodaqların
balı mənimdi, pətəyi mənim

Amma bilmillər ki
məni yandıran eşqin
tüstüsünə dözməyəcəklər
amma bilmillər ki qıracam hamısını
arıçı erkək arıları qıran kimi
əlimdə qalacaq hamısının xirtdəyi mənim

Sən bir dağsan
hamı fəth etmək dilər
amma bilmillər ki o dağın
zirvəsi mənimdi, döşü mənimdi , ətəyi mənim

Onlar nə bilir əsl bal nədi
gül nədi çiçək nədi
... öz dağımdı
Arısı mənimdi , gülü mənimdi, çıçəyi mənim
Dərd ürəklərində şana toxumayıb
sinələri körük olmayıb
kədər neştərini batırmayıb
onlar nə bilillər ki
bunlardı eşqimin bəzəyi mənim


HARDAN BİLSİNLƏR Kİ

,,Yerə ən yaxın ulduz Günəşdi,,
Astranomlar hardan bilsinlər ki
Mənimçün yerə ən yaxın ulduz eyvandakı yardı

,,Ən uzun dövr daş dövrüdü,,
Tarixçilər hardan bilsinlər ki
Mənimçün ən uzun dövr səni gözlədiyim anlardı

,,Ən çətin şey özünü dərk etməkdi,,
Filosoflar hardan bilsinlər ki
Mənimçün ən çətin şey səni itirməkdi

"İnsanın bioloji inkişafı 27 yaşda dayanır"
bioloqlar hardan bilsinlər ki
mən yüz yaşımda da
belə gözəl görsəm gözlərim böyüyər

,,1+1 =2,,
Riyaziyyatçılar hardan bilsinlər ki
Mən+sən=bir can deməkdi

...Eh,mən ağılsız adamlardan
Nələr gözləyirəm,nələr umuram
Məni alimlər başa düşməz
Hələ nadanları demirəm
XS
SM
MD
LG