Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

İlham Əliyev: Azərbaycan beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrilib


İlham Əliyev
İlham Əliyev
Aprelin 3-də Bakıda keçirilən Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının açılışında prezident İlham Əliyev iştirak edib.

O, Avronest PA-nın Avropa İttifaqının hüdudlarından kənarda keçirilməsini böyük cəsarətli qərar kimi xarakterizə edib.

İlham Əliyev bu tədbirin Avropa təsisatları ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyini deyib.

O, son 20 ildə Azərbaycanda dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu diqqətə çatdırıb. Prezident vurğulayıb ki, xalqın güclü iradəsi sayəsində ölkədə iqtisadi, siyasi islahatlar həyata keçirilib, möhkəm iqtisadi zəmin yaradılıb:

«Son 8 ildə iqtisadiyyat 8 dəfə, ümumdaxili məhsul 300 faiz artıb, 1 milyondan çox yeni iş yeri açılıb».

AZƏRBAYCANIN YEGANƏ PROBLEMİ

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini ölkənin yeganə problemi adlandırıb:

«BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. İşğal edilən torpaqlarda hər şey yerlə-yeksan olunmuş, məscidlər və qəbiristanlıqlar dağıdılmışdı. Bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əksini tapıb».

Ölkənin enerji və nəqliyyat layihələrindən danışan prezidenti bildirib ki, Azərbaycan bu gün enerji təhlükəsizliyinin formalaşmasında mühüm tərəfdaş kimi çıxış edir və bu siyasət milli maraqlara uyğun qurulur.

«Biz müxtəlif neft-qaz dəhlizləri yaratmaqla Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə birləşdirdik və bu infrastrukturdan qonşuların istifadəsi üçün imkanlar yaratdıq» deyən İlham Əliyev indi Azərbaycanın dünyada mühüm qaz təchizatçısına və Avropa üçün etibarlı tərəfdaşa çevrildiyini qeyd edib.
XS
SM
MD
LG