Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:46

Yazıçı Günter Grass xəstəxanaya düşüb


Yazıçı Gunter Grass
Yazıçı Gunter Grass
Dünya şöhrətli yazıçı aprelin 16-sı axşamüstü xəstəxanaya yerləşdirilib.

Grass-ın xəstəxanada bir neçə gün qalacağı bildirilir.

Bu müddət ərzində o kompleks müayinə ediləcək.

İcazə olmadığı üçün yazıçının durumu ilə bağlı daha detallı məlumat verilməyib.

Ancaq 84 yaşlı yazıçının ürək xəstəliyindən əziyyət çəkdiyi və vaxtaşırı həkim nəzarətində tutulması gərək olduğu vurğulanıb.

Xatırladaq ki, Günter Grass bu yaxınlarda yazdığı anti İsrail şeirinə görə qalmaqal mövzusuna çevrilib.

Aprelin əvvəllərində Grass “Bunu demək qaçılmazdır” şeirində İsrail hakimiyyətinin İrana qarşı münasibətini tənqid edərək, İsraili “kövrək sülhün qənimi” adlandırıb və dünya ictimaiyyətini nəinki İranın, həm də İsrailin atom proqramını nəzarətdə saxlamağa çağırıb.

İsrail hökuməti tanınmış yazıçının bu mövqeyinə kəskin reaksiya verib və onun İsrailə gəlişini yasaqlayıb.

Günter Grass isə bu qalmaqalla bağlı ona ünvanlanan heç bir sualı cavablamayaraq özünü pis hiss etdiyini söyləyib.

Onu da xatırladaq ki, Grass 1927-ci ildə Polşada- indiki Qdanskda doğulub.

1999-cu ildə “Tənəkə təbil” (“Die Blechtrommel”) romanına görə Nobel mükafatına layiq görülüb.
XS
SM
MD
LG