Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:56

İdrak Abbasov xəstəxanaya yerləşdirilib - [VİDEO]


Jurnalist İdrak Abbasov xəstəxanada
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Jurnalist İdrak Abbasov xəstəxanada

Həkimlər jurnalist İdrak Abbasovun səhhətində ciddi bir hal olmadığını, daxili orqanlarında sınıq müşahidə edilmədiyini, yalnız əziklər olduğunu bildiriblər.

Hazırda İdrak Abbasov 1 saylı Klinik Tibb Mərkəzinin travmatologiya şöbəsinin palatasına yerləşdirilib. Onun qardaşı Ədalət Abbasovun isə qabırğası sınıb, o, reanimasiya şöbəsində saxlanır.
Ədalət Abbasov qardaşı İdrakın döyülməsinə mane olan zaman zərbələr alıb.
Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, sakinlər evlərinin sökülməsinə etiraz olaraq avtomobil yolunu bağlayıblar. Nəticədə avtomobillərin tıxacı yaranıb. Hadisə yerinə əlavə polis qüvvəsi gətirilib. Polis əməkdaşları yolun boşaldılmasına, sakinləri evlərinə dönməyə çağırıb.
İdrak Abbasov xəstəxanada
İdrak Abbasov xəstəxanada
Əməkdaşımız xəbər verir ki, artıq magistral yolda hərəkət bərpa olunub.
Dövlət Neft Şirkətinin əməkdaşları isə 4-cü mədən ərazisində bir-iki evi sökəndən sonra çıxıb gediblər.

Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev telefon zənglərinə cavab vermir.
JURNALİST İDRAK ABBASOVUN DÖYÜLDÜYÜ DEYİLİR

Şahidlər bildirilər ki, Sulutəpədə 4-cü mədən deyilən ərazidə Dövlət Neft Şirkərinin mühafizəçi geyimində olan əməkdaşları və polislər hadisə yerində çəkiliş aparan jurnalistlərə qarşı zorakılıq edib.

"Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva AzadlıqRadiosuna bildirib ki, RATİ-nin əməkdaşı İdrak Abbasov ciddi xəsarətlər alıb: "Məni də yumruqla vurdular, amma İdrakı daha pis vurublar. İndi onu təcili yardım maşını ilə xəstəxanaya aparırıq".
Günay Musayeva deyir ki, evlərin sökülməsinə etiraz edən sakinlərə qarşı da zorakılıq baş verib.

DİN-in mətbuat xidmətindən isə bildiriblər ki, faktın araşdırılmasına ehtiyac var.

SAKİNLƏRLƏR ARDNŞ MÜHAFİZƏÇİLƏRİ ARASINDA QARŞIDURMA
Aprelin 18-də bir qrup polis əməkdaşları Bakının Sulutəpə qəsəbəsinə girişi kəsiblər. Əməkdaşımızın verdiyi məlumata görə, Sulutəpə qəsəbəsində ARDNŞ-nin öz ərazisi saydığı hissədə olan evləri sökdüyü üçün sakinlərlə neft şirkətinin əməkdaşları arasında qarşıdurma olub.

Əməkdaşımız bildirir ki, ARDNŞ-in mühafizəçisi geyimində olan şəxslər jurnalistlərin olduğu taksiyə hücum ediblər və avtomobilin şüşələrini sındırıblar. Onlar jurnalistlərin hadisə yerinə getməsinə şərait yaratmayıblar.
XS
SM
MD
LG