Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Daha bir əfsanə vəfat etdi


Ryan Seacrest və Dick Clark
Ryan Seacrest və Dick Clark
ABŞ-lı telejurnalist, prodüser, American Music Award mükafatının yaradıcısı Dick Clark aprelin 18-də 82 yaşında vəfat edib.
Xəbəri Associated Press Agentliyi yayıb.
Clarkın mətbuat sözçüsünün bildirdiyinə görə, o Santa Monica-dakı Saint John xəstəxanasında kəskin ürək çatışmazlığı səbəbindən vəfat edib.
D. Clark sənət həyatına 1945-ci ildə New York ştatındakı əmisinə məxsus kiçik bir radioda başlayıb.
Əvvəlcə hava proqnozu verib, sonra xəbər bülleteninin aparıcısı olub.
1952-ci ildə Dick Clark Filadelfiya-ya köçüb və yerli kanalların birində yayımlanan “Bob Horn's Bandstand” proqramını aparmağa başlayıb.
1956-cı ildə proqramın hüququnu ABC kanalı əldə edib.
Proqram “American Bandstand” adıyla 1989-cu ilə qədər eyni aparıcıyla ekran həyatını sürdürüb.
Proqram Dick Clark-a böyük populyarlıq gətirib.
Klark fərqli telelayihələrin prodüserliyinə girişib.
1972-ci ildə- Yeni İl ərəfəsində “Dick Clark's New Year's Rockin' Eve” teleşousu ilə efirə çıxıb.
İllərlə yayımlanan bu proqramın özəlliyi Nyu-York-un Tayms-Skver meydanından birbaşa reportajların verilməsi idi.
1973-cü ildə Dick Clark ABC kanalının sifarişi ilə American Music Award mükafatını təsis edib və onun televersiyasının prodüserliyini də özü edib.
American Music Award “Grammy” mükafatının konkurenti kimi təsis olunmuşdu.
Dick Klark 4 dəfə ABŞ-ın televiziya üzrə ən nüfuzlu mükafatının sahibi olub.
Klark-ın ulduzu 1976-cı ildən Hollywood-un şöhrət xiyabanına həkk olunub.
XS
SM
MD
LG