Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

Müsəlmana harada rahatdır – Avropada, ya Azərbaycanda?


Avropada müsəlmanlara qarşı ayrıseçkilik dalğasının yayılmasının səbəbi nədir və onun Azərbaycana hansısa təsiri varmı? Bəzi ölkələrdə müsəlmanların iş tapması, küçəyə çıxması belə problemlidirsə, Azərbaycanda bu baxımdan vəziyyət necədir?

Avropada müsəlmanlara qarşı ayrıseçkilik dalğasının yayılmasının səbəbi nədir və onun Azərbaycana hansısa təsiri varmı? Artıq Avropadakı vəziyyət haqqında beynəlxalq hesabatların hazırlanması nədən xəbər verir? Bəzi ölkələrdə müsəlmanların iş tapması, küçəyə çıxması belə problemlidirsə, Azərbaycanda bu baxımdan vəziyyət necədir?

“İslam və demokratiya” verilişində bu dəfə Amnesty İnternational təşkilatının Avropada müsəlmanlara qarşı diskriminasiyaya aid hesabatında yer alan faktlar və onların Azərbaycan təzahürləri haqqında müzakirə açılıb.

Seyid Camal Əzimbəyli
Seyid Camal Əzimbəyli
MÜSƏLMAN KİMLİYİNƏ QARŞI SƏLİB YÜRÜŞÜ

Şərqşünas araşdırmaçı Seyid Camal Əzimbəyli deyir ki, bəzi dövlətlər planlı şəkildə İslamın pis tanıdılması, “vəhşi müsəlman” obrazının yaradılması uğrunda iş aparır. Və indi özünü demokratiya beşiyi sayan ölkələrdə tanıdılan İslam gerçək deyil:

“Ən böyük demokratiya İslam qaydalarındadır. İstər Avropada, istər Qərbdə həqiqi İslamın gerçək missiyasını unudulub. Müsəlman kimliyinə qarşı səlib yürüşü proqramı hazırlanıb. Bu isə dünyada dini dözümlülüyün və sivilizasiyanın əngəllənməsinə səbəb ola biləcək bir haldır”.

BELƏ ÇOX DAVAM ETMƏYƏCƏK

“Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu indi Avropada baş verənləri son illərdə aparılan siyasi təbliğatın nəticəsi kimi görür.

“Bu gün kimlərəsə “İslam və demokratiya bir araya sığmır” tezisini sübut etmək lazım idi. Statistik avropalının səsini qazanmaq uğrunda mübarizə aparan siyasi partiyalar öz təbliğatlarını islama yönəlik nifrət üzərində qururlar. Bu ötəri bir tendensiyadır və uzun müddət belə davam edə bilməz”.

QƏRBDƏ ƏN ÇOX QURANI VƏ “MƏSNƏVİ”ni OXUYUBLAR

A.Rəşidoğlu deyir ki, 10-15 il sonra Avropadakı müsəlmanlar artıq gəlmə hesab edilməyəcək, onlar Avropanın bir hissəsinə çevriləcək, qərarvermədə iştirak edəcək, ölkənin ictimai-siyasi həyatında aparıcı söz sahibi olacaqlar.

Ekspert bu cür təbliğatın bumeranq effekti olduğunu da xatırladır. Deyir ki, 11 sentyabr hadisələrindən sonra amerikalı və avropalıların ən çox oxuduğu 2 kitab – Qurani-Kərim və Cəmaləddin Ruminin “Məsnəvi”si olub.

DÖVLƏTƏ QARŞI HƏQARƏTİN DİNƏ NƏ DƏXLİ?

Azərbaycana gəlincə, Seyid Camal ölkədə dini toperantlığın yüksək səviyyədə olduğunu, avropa ilə meyiqaəedilməz dərəcədə fərqli olduğunu hesab edir. Dediyinə görə, bəzən dini etiqad adıyla Azərbaycan dövlətçiliyinə qarşı həqarət olunursa, bunu dini etiqada və millətlərə basqı kimi qələmə vermək düzgün deyil:

“Düzdür, qüsurlar, problemlər var. Amma bir adam telefonunda digər ölkənin dini liderinin Azərbaycana qarşı çağırışlarını yayırsa, onun həbsinin dinə basqı kimi qiymətləndirilməsinin əleyhinəyəm. Hansısa dövlət qurumunun üzvü hər ay maliyyəsini alıb başqa dövlətin bayrağını evində saxlayırsa, onda dövlət orqanları indikindən də artıq ayıq-sayıq olmalıdır. Zahirdə müsəlman, daxildə küfr bəsləyən kimlər varsa zərərsizləşdirməyin tərəfdarıyam və bu məsələdə dövlətin tərəfindəyəm”.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu
RADİKALLAŞMADAN QAÇA BİLMƏYƏCƏYİK

A.Rəşidoğlu xatırladır ki, Amerikada Quran yandırılanda ərəb ölkələrində buna qarşı ciddi etiraz aksiyası keçirildi. Amma Azərbaycan dindarları kilsə önünə gedib ora gül dəstələri qoydular:

“Bu təbliğ olunmalı bir örnəkdir. Lakin sadəcə son vaxtlar Bakıda məscidlərin bağlanması, əyalətlərdə cümə namazlarının qadağan olunması, saqqallarının qırxılması, inancına görə insanların həbsə atılması faktları da var”.

Ekspert hesab edir ki, Dini etiqad azadlığı haqqında qanuna edilə son dəyişikliklər dini sahədə radikallığın artmasına səbəb ola bilər. Bu səbəbdən, qanuna yenidən baxmaq, ümumiyyətlə dinə aid yeni yaxşıca işlənmiş strategiya qurulmalıdır. Əks halda cəmiyyət dini radikallaşmadan və sekulyar-dindar qarşıdurmasından qaça bilməyəcək.

Verilişi BURADAN dinləmək mümkündür:

XS
SM
MD
LG