Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:22

Ramzan Kadyrov var-dövləti haqında bunları deyir


Ramzan Kadyrov (sağda) restoranda bu adamın 100 dollarlıq əskinasları necə artdığına tamaşa edir, 29 may 2006-cı il.
Ramzan Kadyrov (sağda) restoranda bu adamın 100 dollarlıq əskinasları necə artdığına tamaşa edir, 29 may 2006-cı il.
-

Çeçenistan prezidenti Ramzan Kadyrov 2011-ci ildə maaşının 4 105 876 rubl olduğunu bildirir. Bu da təxminən 106 min manat edir. Yəni, Çeçenistan prezidenti aylıq əməkhaqqının 8 900 manata yaxın olduğunu deyir. Rəsmi bəyannaməsinə görə prezidentin başqa gəlir yeri yoxdur.

Çeçenistan prezidenti gəlir bəyannaməsində həmçinin göstərib ki, sosial idarədən verilmiş 36 kvadratmetr sahəyə malik mənzilə sahibdir. Amma arvadının 2010 kvadratmetrlik mənzili var. Qızları Ayşat və Karinanın isə hər birinin bu mənzildə 1/8 payı var.

Bu barədə Çeçenistan hökumətinin mətbuat xidmətindən məlumat veriblər.

Rusiya qanunlarına görə bu ölkədə rəhbər vəzifələrdə çalışan adamlar ildə bir dəfə gəlirləri və əmlakları barədə məlumat verməlidirlər.

Keçən ay o zaman prezident olan Dmitry Medvedev və Baş nazir Vladimir Putingəlir bəyannamələri açıqlayıblar.
XS
SM
MD
LG