Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Aclıq edən müxaliflərin sayı artdı


Yenicə həbsdən buraxılmış Elnur Məcidli də aclıq aksiyasına qoşulub.

İki nəfər - Yeganə Hacıyeva və Günel Rəhimli isə səhhətlərində yaranan problemə görə aksiyanı dayandırıblar.

Hazırda aclıq edənlərin sayı 10 nəfərə çatıb.

3 NƏFƏR ACLIQ AKSİYASINA QOŞULUB

İctimai Palatanın daha 3 üzvü aclıq aksiyasına qoşulub.

Aclıq aksiyasını həbsxanada saxlanan 2 aprel məhbusları başlayıb, sonradan İctimai Palatanın azadlıqda olan bəzi üzvləri də aksiyaya dəstək verib.

Yeni qoşulanlar Yeganə Əmiraslanova, Lətafət Məlikova, Xanım Mirzəyevadır.

Mayın 17-də AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, aksiyaya qoşulanların sayının artacağı gözlənir.

Hazırda Müsavat partiyasının qərargahında aclıq edənlərin sayı 9-a çatıb.

İctimai Palatanın bir qrup üzvü mayın 15-dən Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirir. Əsas tələbləri İctimai Palatanın 2 aprel 2011-ci il aksiyası zamanı həbs olunan, o cümlədən beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı digər şəxslərin azad olunmasıdır. Məqsəd həm də «Eurovision 2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini Azərbaycanda «vicdan məhbus»larının olmasına yönəltməkdir.
XS
SM
MD
LG