Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Aleksei Navalny və Sergei Udaltsov «vicdan məhbusu» elan edilib


Putinin inaqurasiyası zamanı aksiyada Navalny və Udaltsov
Putinin inaqurasiyası zamanı aksiyada Navalny və Udaltsov
«Amnesty İnternational» Rusiya müxalif liderləri Aleksei NavalnySergei Udaltsovu «vicdan məhbusu» elan edib.

Təşkilatın Rusiyadakı ofisinin rəhbəri Sergei Nikitin deyib ki, Navalny və Udaltsov «özlərinin nümayiş, kütləvi mitinqə çıxmaq hüquqlarından qeyri-zorakı, dinc yollarla istifadə ediblər, amma onlar saxlanılıb, bunun ardınca dəmir barmaqlıqlar arxasına salınıblar».

Navalny və Udaltsov mayın 6-da Moskvada mitinq zamanı saxlanıblar və onlardan cərimə ödəmək tələb edilib.

Müxalif fəallar daha sonra hüquq-mühafizə orqanlarına tabe olmamaqda günahlandırılaraq əlavə bir neçə gün də polisdə saxlanılıb və 15 günlük həbs cəzası alıblar.
XS
SM
MD
LG