Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

İran azərbaycanlıları Dövlət Departamentinin qarşısında aksiya keçirib


Dövlət Departamentinin qarşısında azərbaycanlıların etiraz aksiyasından Amerikanın Səsi radiosunun foto.
Dövlət Departamentinin qarşısında azərbaycanlıların etiraz aksiyasından Amerikanın Səsi radiosunun foto.
-


Mayın 22-də ABŞ-da yaşayan azərbaycanlılar İran Azərbaycanındakı Urmiya gölünün qurumasına hökumətin etinasız yanaşmasına etiraz olaraq ABŞ Dövlət Departamentinin binası qarşısında piket keçirib.

Əsasən İrandan ABŞ-a mühacirət etmiş azərbaycanlıların iştirak etdiyi aksiyada Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azərbaycan Milli Dirəniş təşkilatının nümayəndələri də qatılıb.

Etirazçılar üzərində “Urmu gölü quruyur!”, “Urmu gölünü xilas edin!”, “Siyasi məhbuslara azadlıq!”, “Ana dilində məktəb!” şüarları yazılmış plakatlar qaldırıb.

Əsasən səssiz keçən aksiya ətrafdan keçənlərin və eləcə də diplomatların diqqətini cəlb edib. Dövlət Departamentinin İran masasını təmsil edən ABŞ diplomatı etirazçılara yaxınlaşaraq onların tələbləri və problemləri ilə maraqlanıb.

Aksiyaçılar tələblərinin yalnız mədəni məsələlərlə bağlı olduğunu bildirərək göl quruyacağı təqdirdə orada yaşayan 10 milyonlarla insanın regionu tərk etmək məcburiyyətində qalacağını dilə gətiriblər. Onlar ABŞ rəsmisindən həmçinin İranda yaşayan azərbaycanlıların problemlərinə diqqəti artırmağı xahiş ediblər.

Sonda piketin bəyanatı ucadan səsləndirilib və etirazçılar oxşar aksiyanı İranın maraqlılarını ABŞ-da təmsil edən nümayəndəliyin binası qarşısında da davam etdirib. Orada da 2 saata yaxın etirazlarını bildirən nümayişçilər belə aksiyaların davamlı olacağını deyiblər.

“Amerikanın Səsi”

Dövlət Departamentinin qarşısında azərbaycanlıların etiraz aksiyasından Amerikanın Səsi radiosunun fotoları:




XS
SM
MD
LG