Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Avropa Birliyinin prezidenti Azərbaycana gəlir


Herman Van Rompuy
Herman Van Rompuy
Avropa Birliyinin (AB) prezidenti Herman Van Rompuy iyulun 5-də Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.

O deyib ki, bu, yüksək səviyyəli prezident səfəridir və AB prezidentinin Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq:

«Bu, Avropa Birliyi prezidentinin regiona ilk səfəridir. Bu səfər göstərir ki, AB region ölkələri, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir».

Səfər zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Azərbaycanla AB arasında ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edəcəklər.

Roland Kobia Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Avropa Parlamentinin ünvanına səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib:

«Avropa Birliyi ifadə azadlığının tərəfdarıdır. Ona görə də hər kəs nə istəyirsə, danışa bilər. Biz öz tərəfimizdən Əli Həsənovun qeydlərini nəzərə aldıq».

R.Kobia Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə də toxunub:

«Bu, tamamilə müstəqil bir parlamentin qətnaməsidir. Bizim onlara göstəriş vermək hüququmuz yoxdur. Amma Avropa Birliyi Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir».
XS
SM
MD
LG