Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

“Yaxşı Cazibə” toya getməlidir


Azerbaijan -- A screen shot from TV comedy "Yahshi Jazibe", 01Sep2011
Azerbaijan -- A screen shot from TV comedy "Yahshi Jazibe", 01Sep2011
İlhamə Qasımlı-Tura


“YAXŞI CAZİBƏ” TOYA GETMƏLİDİR


Biz azərbaycanlılar hər şeyi niyə bu qədər siyasiləşdirib, niyə hər şeydə ideoloji məna axtarırıq?!

“Süreç film”in çəkdiyi “Türk malı” 2010-cu ilin yazında ekranlara çıxanda ilk günlər izlənmə reytinqini qırmışdı. Türkiyədə milyonlarla insanı, türklər demiş, ekranlara kilidləyən bu seriala ilk bölümlərdə tamaşacılar baxır, gülür, streslərini atır – bir sözlə əylənirdilər.

Və bu zaman heç kimin ağlına gəlmirdi ki, filmin aparıcı obrazı olan Abiyenin timsalında türk qadınının, filmdə təsvir olunnan ailənin timsalında isə türk ailə dəyərlərinin asağılandığını düşünsün. Yalnız filmin bir neçə bölümündən sonra tamaşaçılar ssenarinin çox məzmunsuz, axmaq xəyal ürünü olduğunu söylədi. Filmlə bağlı mətbuatda gedən əsas tənqid isə onun adi ilə bağlı idi – “Türk malı” adı ilə türk insanı mal yerinə qoyulub.

Radyo və Televizion Üst Kurulunun filmlə bağlı tək iradi türk sözlərinin təhrif olunmuş şəkildə tələffüzü ilə bağlı olub.

Biz azərbaycanlıların seriallarla bağlı təhlilləri film müəlliflərinin xəyallarından da irəli gedir. “Yaxşi Cazibe” kimi... Bu serialla bağlı Azərbyacanda artıq ikinci qalmaqalın şahidi oluruq. Elə mənim də bu serialla bağlı artıq ikinci yazımdır. Serialın ilk bölümlərinin yayınlandığı 2010-cu ilin yayında əsasən virtual mekanda bu serial qarşı kəskin tənqidlər oldu. Hətta ssenaristlərə yol göstərərək “niyə Türkiyədə çalışan həkim, müəllim qadınlarımızı yox, saxta nigaha girən qadınlarımızı film mövzusu ediblər” deyənlər də tapıldı. Və bu sərt tənqidlərin davam etdiyi dövrdə Türkiyədə bir nəfər də olsa demədi ki, Simgenin timsalında türk qızları axmaq, ağıldan yüngül kimi, Kamalın timsalında isə türk kişiləri alfons kimi təqdim olunur. Hətta Ankaradakı dost cevrəmlə şəxsi söhbətlərimdə Azərbaycandakı müzakirələrdən danışanda təəccüblənirdilər ki, burda nə var, əyləncə üçün çəkilmiş filmdir – deyirdilər.

Cazibənin yanlış təəssüratları adlı o vaxtki yazimda qeyd etmişdim ki, “serialda Azərbaycan türkcəsinin təhrif olunmuş formada tələffüzü bağlı fikirləri mən də dəstəkləyirəm. Amma hazırda Türkiyədə yaşayan azərbaycanlı olaraq bu filmdə təhqir elementlərinin nədən ibarət olduğunu anlamıram”.

Və çox maraqlıdır ki, serialın yayınlandığı ilk dövrlərdə Cazibənin timsalında Azərbaycan qadınlarının təhqir olunduğunu deyənlər, indisə əksinə, Cazibənin timsalında yaradılmış ailəcanlı, qeyrətli azərbaycanlı qadın obrazının final seriyasında alt-üst olduğunu deyirlər.

Son 3 ildə evlilik həyatımla bağlı Türkiyədə daimi yaşayıram. Bundan illərcə əvvəl isə bu ölkəyə jurnalist kimi sıx-sıx gəlib-getmişəm. Səfərlərimin çoxu isə Ermənistanla sərhəd İqdır ve Qars şəhərlərinə olub. Səfərlərimə həm təyyarə, həm də avtobusla gəlmişəm. Və hər iki nəqliyyat vasitəsində (xüsusilə avtobusda) əxlaqını 2 quruş yerinə qoyub can alverçilərini də, əsas gəliri ticarət olan mal alverçilərini də, burda oturum alıb çörəkpulu qazanmaq üçün formal nigaha girən 50-60 yaşlı qadınları da görmüşəm. Bütün bunların yanında “Yaxşı Cazibe”nin mövzusu, necə deyərlər, toya gedəsidi.

“Yaxşı Cazibe”nin senarisi nə qədər primitiv idisə, onun finalı o qədər türklər demiş saçma idi. Cazibə rolunun ifacısı Aslihan Gürbüzun azərbaycanca danışdırılmasına məsul Məlahət Abbasovanın da dediyi kimi, əgər Cazibə fırıldaqçı olsa idi, Kamalın pulunu alıb çoxdan onu tərk edər, Kamalın işdən çıxarıldığı günlərdə xidmətçilik edib ailəyə qazanc gətirməz və ya bir evdə yaşadığı halda ona yaxın durmasının qarşısını almazdı.

Əslində, filmin sonunda titrlarda da yazıldığı kimi, “bu film bir xəyal məhsuludur və reallığı əks etdirmir”. Amma nə yazıq ki, saçma hayal ürünü... Ondan daha yazığı isə bu saçma xəyala gerçək statusu verib ciddi-ciddi müzakirə etməkdir...

Qafqazinfo
XS
SM
MD
LG