Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:24

Yeni komissiya mübahisəli tikililəri tənzimləyəcək


Foto: Arxiv
Foto: Arxiv
Prezident İlham Əliyev yaşayış evləri və digər tikililərlə bağlı mübahisələrin tənzimlənməsi üçün komissiya yaradılması haqqında sərəncam imzalayıb.

Bu komissiya magistral kəmərlərin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin mühafizə zonalarında, neft, qaz yataqlarının torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri tənzimləməlidir.

İqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflər 3 ay müddətində prezidentə təqdim edilməlidir.

Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev prezident yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyasına da rəhbərlik edir.
XS
SM
MD
LG