Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Ermənistan millisi Dünya Çempionatına hazırlaşır


Ermənistan yığmasının oyunçuları
Ermənistan yığmasının oyunçuları
-


«BİZ HAMIMIZ GÖRÜRDÜK Kİ, ŞANSIMIZ BÖYÜKDÜR»
Bukmeyker ofisləri Avropa çempionatının oyunları zamanı futbol fanatlarına mərc oyunlarına girməyi təklif edirdilər. Yerevanda gecələr işləyən əksər kafelər isə böyük ekranlı televizorlar yerləşdirməklə oyunlara baxış təşkil edirdilər.
Ermənistan üçün Avro-2012 onunla əlamətdardır ki, ölkənin futbol tarixində ilk dəfə son oyunlara qədər Ermənistan yığma komandası çempionatda iştirak imkanını saxlayırdı.
«Biz finala dəqiq keçə bilərdik, əgər hakim səhv etməsəydi», Ermənistan yığması və əksər futbol azarkeşləri belə düşünür.
«İlk Ermənistan Cəbhəsi» azarkeş-klubunun üzvü Aykaz Mkrtçyan deyir:
«Biz hamımız görürdük ki, şansımız böyükdür, Biz mütləq İrlandiya komandasına qalib gələ bilərdik, heç-heçə bizə lazım deyil idi. Gördünüzmü nə baş verdi, hakim yanlış qərar verdi və nəticədə Roman Berezovski oyundan uzaqlaşdırıldı, bu isə nəticələrə təsir elədi. Bundan sonra isə meydana 21 yaşlı Arsen Petrosyan çıxdı, və bir qapıçı üçün o, çox gənc yaşdadır».
ERMƏNİLƏR ÜMİD EDİRLƏR...
Yerevanda rastlaşdığımız futbol azarkeşlərindən biri deyir ki, bu səbəbdən ovqatı xeyli təlx olub, amma Avropa çempionatının bircə oyununa baxmayıb:
«Ermənistan yığması oynasaydı, mən mütləq bütün oyunlara baxardım. Düzdür, İspaniya və digər komandalar çox güclüdürlər, amma Ermənistansız bütün bunlar mənə maraqlı deyil, mən çox məşğulam və istəmirəm vaxtımı havayı yerə sərf edim. İrlandiya ilə oyuna gəlincə, gördünüz ki, o hakim olmasaydı biz qalib gələrdik, İrlandiya çox zəif oynayırdı. Bizim qapıçını oyundan çıxartdılar, halbuki, səhvi İrlandiya tərəfi eləmişdi».
Futbol azarkeşləri
Futbol azarkeşləri
Bir neçə ay sonra – 2012-ci ilin oktyabrında dünya çempionatının Ermənistanın paytaxtında gerçəkləşəcək seçmə turunda Ermənistan yığması Avropanın vitse-çempionu İtaliya ilə görüşəcək. Həmsöhbətim deyir ki, Ermənistan millisinin qələbə qazanacağına çox inanır:
«Onlar pul üçün oynamırlar. Mən onların simasına baxıram, mən məsələn Yura Movuisyan və ya Henri Mxitaryanın nə danışdığına qulaq asıram. Bəlli olur ki, onlar əllərindən gələn hər şeyi etmək istəyirlər ki, bizi sevindirsinlər – bu, çox önəmli məsələdir. Buna görə də mən ümid edirəm ki, hər şey yaxşı olacaq».
MİSİLSİZ DƏSTƏK VƏD EDƏN AZARKEŞLƏR
«İlk Ermənistan Cəbhəsi» azarkeş-klubunun üzvü Aykaz Mkrtçyan isə payızda İtaliya ilə qarşılaşan yığmaya misilsiz dəstək vəd edir:
«Mən bütün detallara indi varmaq istəmirəm. Amma onu deyə bilərəm ki, Razdan stadionunda bu dəfə onlara elə dəstək verəcəyik ki, heç görünməmiş kimi».
İdman şərhçisi Karen Qiloyan isə şübhə etmir ki, Ermənistan yığmasının vəziyyəti çətin olacaq:
Ermənistan yığmasının azarkeşləri Makedoniya yığması üzərindən qələbədən sonra paytaxt küçələrində. 7 oktyabr 2011
Ermənistan yığmasının azarkeşləri Makedoniya yığması üzərindən qələbədən sonra paytaxt küçələrində. 7 oktyabr 2011
«Bu, 2010-cu ildə ora-bura xal paylayan İtaliya deyil artıq. Bu təcrübəni və gəncliyi özündə ehtiva edən oyunçuları ilə tamamilə fərqli İtaliyadır. Bu görüşə çox ciddi hazırlaşmaq lazımdır, İtaliya yığması ilə bizim işimiz çətin olacaq. Ancaq futbol futboldur və bizim də qələbəmizi istisna etmək haqqımız yoxdur. Biz çox çətin qrupa düşmüşük və ordan çıxmaq çox çətin olacaq, amma cəhd etmək lazımdır».
Şərhçi eyni zamanda onu da bildirir ki, bu gün Ermənistan milli komandası yaxşı formadadır və üzvləri də ciddi oynayırlar:
«Qazaxıstan komandası ilə yoldaşlıq oyunu onu göstərdi ki, millimiz yaxşı formadadır, uşaqlar da bir-birini əla başa düşürlər. Elə bir futbolçu yoxdur ki, komanda üzvlərindən kiminləsə münasibəti pis olsun. Mən düşünürəm ki, elə bunun hesabına da Ermənistan yığması uğur əldə etməyə can atmalıdır».
Avro – 2012-də İspaniyanın qələbəsinə gəlincə, Karen Qiloyan hesab edir ki, bu, çox təbiidir:
«Oyun başlamazdan əvvəl biz dostlarımızla müzakirə edirdik və mən israrla bildirdim ki, İspaniya azı 2 qol üstünlüyü ilə oyunu aparacaq, çünki bugünkü İspaniya elə güclüdür ki, istənilən komandaya necə oynamağı diktə edə bilər. Bir komanda meydanda topa sahib deyilsə, o heç nə edə bilməz. İspaniya isə heç kəsə top vermir».
XS
SM
MD
LG