Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

Postmodernistlər İranda həbs olunmuş şairləri niyə müdafiə etmirlər?


Seymur Baycan
Seymur Baycan
-
Günel Mövlud: “Onlar sözün üstündə həbs olunmayıblar... Çıxsınlar, niyə müdafiə etmədiyimi sizə deyərəm”.


Xəbər verdiyimiz kimi, Azərbaycanın bir qrup yazıçısı İranda həbs olunan Azərbaycan şairlərinin azad edilməsi ilə bağlı Təbriz yazıçılarına müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, üç aydır Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə Təbrizdə heç bir əsas olmadan həbs olunaraq saxlanılır.

Müraciətə imza atanlar arasında postmodernist yazar-şairlərdən ancaq Aqşin Yenisey yer alıb.

Biz də bu mənzərənin səbəbi ilə maraqlandıq: daim asi, inqilabçı davranışları ilə fərqlənən postmodernist yazar-şairlər nə üçün İranda həbs olunan həmkarlarını müdafiə etmir? Bunun xüsusi bir səbəbi varmı?

Postmodernist yazar-publisist Seymur Baycan öncə sualımıza “doğrudan da maraqlı sualdır. Heç bilmirəm vallah. Yəqin ürəyimiz istəmir” deyə cavab verdi.

Amma dəqiqləşdirici suallardan sonra dedi ki, həbs olunan şairlərdən F.Hüseyni tanımır:

“Nə şəxsi həyatdan, nə də yazılarından tanımıram. Şəhriyarla isə iki-üç dəfə ümumi məclisdə olmuşuq. Heç birinin vətəndaş mövqeyi olmayıb.

Ona görə də düşünürük ki, onları dövlət müdafiə etsə, daha yaxşı olar. Əllərində bu qədər resurs var: jurnal, deputat, yazıçı, şair, Yazıçılar Birliyi, Xarici İşlər Nazirliyi. Getsinlər müdafiə etdikləri
Günel Mövlud
Günel Mövlud
hökumət onları müdafiə etsin. Bizim nəyimiz var ki?”

Şairə-jurnalist Günel Mövlud isə dedi ki, bu məsələdə ictimai mövqe nümayiş etdirmədiyinə görə üzgündür. Amma müsahibimiz bununla bağlı motivi olduğunu dedi: “Hər halda, bilirsiniz ki, fəal ictimai mövqeyimiz hər zaman olub. Sözümüzün kəsəri olsa da, olmasa da. Amma bu məsələ istisnadır. Nəyə görə bu məsələdə belə passiv mövqe tutmağımın səbəbini onlar İrandan sağ-salamat qayıdandan sonra açıqlayacam”.
Bununla belə, G.Mövlud bu səbəbin cüzi bir hissəsini dedi. Müsahibimiz hesab edir ki, onlar sözün üstündə həbs olunmayıblar: “Əsas səbəbi isə indi açıqlaya bilməyəcəm. Öz vətəndaşımızdır, azadlığa çıxmalarını istəyirəm. Çıxsınlar, niyə müdafiə etmədiyimi sizə deyərəm”.

Sevinc TELMANQIZI
"Yeni Müsavat"
XS
SM
MD
LG